Prezidentin köməkçisi: "Kənd təsərrüfatı digər sahələrə rəqabətdə uduzur"
“Kənd təsərrüfatı iqtisadiyyatın davamlı və çox mühüm şərtlərindən biridir. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı sinerji effekti verən bir sahədir. Başqa sözlə, kənd təsərrüfatı inkişaf etdikcə sənayenin digər sahələrinin də inkişafına şərait yaradır”.
Bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi də məhz kənd təsərrüfatının inkişafından asılıdır:
“Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi az qala milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik səviyyəsində olan bir məsələdir. Nəzərə almalıyıq ki, əhalimizin yarısı kəndlərdə yaşayır. Bu isə həm də o deməkdir ki, kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”.
Prezidentin köməkçisi deyib ki, məşğul əhalinin təxminən 38%-i məhz kənd təsərrüfatında cəmləşib.
“BMT-nin hesablamalarına əsasən, kənd təsərrüfatı sahəsi yoxsulluğun aradan qaldırılması baxımından çox mühüm yer tutur. Belə ki, digər sahələrlə müqayisədə kənd təsərrüfatının təsir effekti 4 dəfə güclüdür. Beləliklə, kənd təsərrüfatı həm də sosial missiyanı yerinə yetirir. Bu gün kənd təsərrüfatında bizim çox böyük ehtiyatlarımız var”, - deyə A.Əmiraslanov vurğulayıb.
Onun sözlərinə görə, digər sahələrlə müqayisədə kənd təsərrüfatı sektoru investisiya cəlbi baxımından daha cəlbedicidir:
“Bu isə onunla əlaqədardır ki, digər sahələrdə tələbat azaldığı halda istehsal azalırsa, kənd təsərrüfatı mallarına tələbat azalmır. Bu isə kənd təsərrüfatı sektorunun digər sahələrlə müqayisədə üstünlüyüdür”.
Prezidentin köməkçisi əlavə edib ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün dövlət bu sahəyə hər zaman dəstək verir.
“Bu sahə ilə bağlı sığorta sisteminin qurulması xüsusilə aktualdır. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir: heyvandarlıq və bitkiçilik. Bu sahələrin bir-biri ilə düzgün uzlaşdırılması effektivliyin, səmərəliliyin artmasına səbəb olur. Heç bir halda heç bir sahəni digər sahəyə qurban vermək olmaz, hər iki sahənin maraqları qorunmalıdır. Bu məqam bizim dövlət siyasətimizdə daim nəzərə alınır. Kənd təsərrüfatı üçün əsas istehsal vasitəsi torpaqdır. Bu gün torpaqdan düzgün istifadə olunması bizim dövlət siyasətimizin prioritet siyasətlərindən biridir. Əgər biz müqayisə aparsaq, kənd təsərrüfatı digər sahələrlə müqayisədə sahələrarası rəqabətdə uduzur. Burada gəlirlilik səviyyəsi xeyli aşağı olduğundan dövlət davamlı olaraq öz dəstəyini verir. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə yanaşı, sözsüz ki, düzgün, əsaslandırılmış prinsipləri əldə rəhbər tutmalıyıq. Hesab edirik ki, yeni yaradılmış qurumlar öz fəaliyyətini bu prinsiplər əsasında quracaqlar. Bu prinsiplər bizi uğura aparan əsas amildir”, - deyə o bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib






.jpg)
.jpg)








.jpg)






