"1000 kv.m-lik obyektdə 3-5 nəfərin işləməsi real ola bilməz"
Bu ilin mart ayında Azərbaycan Prezidentinin sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb.
“Marja” xəbər verir ki, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qarşıya qoyulan hədəfə çatmaq üçün daha hansı tədbirlərin görülməsinin planlaşdırıldığını açıqlayıb.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planı təsdiq edilib:
“Nəzərdə tutulur ki, əvvəla, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün daha etibarlı hüquqi baza yaradılsın. Əmək Məcəlləsində, Vergilər Məcəlləsində, Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək, əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları məhdudlaşdırılacaq. Tikinti sahəsində qeyri-rəsmi məşğulluğa münbit zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq. Çox mühüm yeniliklərdən biri bu olacaq ki, yeni yaradılan iş yerlərinə dair məlumatlar yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacaq. Düşünürəm ki, bu tələb qeyri-rəsmi məşğulluğun qarşısını almağa, xüsusilə də, iş yerlərinin yaradılması kontekstində, mühüm töhfə verə biləcək”.
Əli Əhmədov əlavə edib ki, bir çox sahədə, xüsusilə də xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, işçi sayı normativləri deyilən anlayışlardan istifadə olunacaq:
"Misal üçün, 1000 kvadratmetr sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi, indi belə hallar kifayət qədərdir, real ola bilməz. Əgər həmin iaşə obyektinin iş həcmi azdırsa, 1000 kvadratmetr sahədən istifadə etmək onun nəyinə lazımdır, axı bu mənfəət baxımından faydalı deyil. Nəhayət, elektron informasiya uçot və nəzarət formasından geniş istifadə olunacaq. Ona nail olacağıq ki, heç bir işçi uçot və nəzarətdən kənarda qalmasın, sahibkar bunu nə qədər istəsə də. İndiki texniki imkanlar bunu asanlıqla təmin edir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
22 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb






















