Avro Bölgəsində ixracın artımı, idxalın artımını keçib
Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına görə, pul vahidi olaraq Avro istifadə edən 19 üzvlü Avro Bölgəsində, mövsimi amillərdən təmizlənməmiş rəqəmlərlə, ixrac, bu ilin oktyabr ayında 2016-nın eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 172,6 milyard avro, idxal da 10,1% artımla 153,4 milyard avro səviyyəsində baş tutub.
"Marja" xəbər verir ki, ötən ilin oktyabr ayında 19,2 milyard avro olan xarici ticarət profisiti (artığı), 2017-nin eyni dövründə 18,9 milyard avro səviyyəsində olub. Avro Bölgəsi daxili ticarət isə bu dövrdə 9,7 faiz artaraq 160 milyard avro olub.
Mövsimi amillərdən təmizlənmiş rəqəmlərlə baxdıqda isə, Avro Bölgəsində oktyabrda ixrac 2,4 faiz azalaraq 180,6 milyard avro, idxal isə 0,6% artımla 161,5 milyard avro səviyyəsində olub. Xarici ticarət artığı da 19 milyard avro səviyyəsində baş tutub.
Avro Bölgəsində cari ilin yanvar-oktyabr dövründə isə 2016-nın eyni dövrü ilə müqayisədə ixracat 7,5% artaraq 1 trilyon 812,6 milyard avro, idxal da 10,4 faiz yüksələrək 1 trilyon 624,7 milyard avroya çatıb. Avro Bölgəsi, sözügedən dövrdə 187,9 milyard avro xarici ticarət artığı verib.
AB-də ixrac və idxal artıb
28 üzvdən ibarət Avropa Birliyində (AB) oktyabrda 2016-nın eyni ayına nisbətən ixracat 8,6% artımla 159,4 milyard avroya, idxal da 10,6 faiz artaraq 159,6 milyard avroya yüksəlib.
Yanvar-oktyabr dövründə AB-nin ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 1 trilyon 549,7 milyard avroya, idxalı da 9 faiz artaraq 1 trilyon 545,5 milyard avroya çıxıb. Beləliklə, həmin dövrdə AB, 5,2 milyard avro xarici ticarət artığı verib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 26 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)
.jpg)






.jpg)







