"350 yeni avtobus gətiriləcək"
Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, "Çinar Trans" MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı BNA-nın müvafiq normativ-hüquqi aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. "Avro 5" standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Qeyd edək ki, 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, BNA-nın müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən gələn ilin birinci yarısında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhərin mərkəzi hissəsində istismar ediləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə bildirildi ki, bu gələn ilin birinci yarısınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər 700 avtobusda bu sistemin tətbiqini nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




