Dekabrın 25-dək istifadəyə veriləcək
25 dekabr 2017-ci il tarixinədək Astara (İran)- Astara (Azərbaycan) dəmiryolunun istifadəyə verilməsi planlaşdırılır. Bu barədə İran Dövlət Dəmir Yolları İdarəsinin rəsmisi Abbas Nəzəri məlumat verib.
“İranın və Azərbaycanlın eyni adlı Astara şəhərlərini birləşdirəcək Astara-Astara dəmir yolu 25 dekabr 2017-ci il tarixi üçün istifadəyə veriləcək”, - İran.ru saytı Abbas Nəzərinin sözlərindən sitat gətirir.
O bildirib ki, İran və Azərbaycan arasında gömrük prosedurları və vizaların verilməsi, İranın Astara şəhərində yük terminalının istifadəsi ilə bağlı məsələlər artıq müzakirə olunub.
Astara-Astara dəmir yolu İranın dəmir yollarını Azərbaycanın dəmir yolu sistemi ilə birləşdirən “Şimal-Cənub” layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 km təşkil edir. Bunun 8 km-i Astara şəhərindən İranla sərhədin, 2 km-i sərhəddən İranın Astara şəhərinin payına düşür.
O cümlədən, layihəyə sərhəd boyu axan Astaraçay üzərində körpünün tikintisi daxildir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







