Lexus-dan üçqat yenilik
Bakıda eyni gündə üç yeni avtomobil modeli təqdim olundu
Yaponiyanın lüks avtomobil brendi Lexus Yeni il ərəfəsində yeniliklərə imza atmaq ənənəsinə yenə də sadiq qaldı.
Brend bu dəfə bir deyil, düz üç avtomobilinin 2018-ci il modellərini geniş auditoriyaya təqdim etdi: premium yolsuzluq avtomobili olan Lexus LX Sport, öz üslubu ilə daim fərqlənən Lexus NX və idman avtomobili Lexus LC.
Lexus Bakı Mərkəzinin təşkilatçılığı ilə Elektra Events Hall-da keçirilən böyük təqdimat mərasimi populyar Dərviş qrupunun özünəməxsus ifası ilə başladı. Qonaqları Azərbaycan dilində salamlayan Toyota şirkətinin ölkəmizdəki nümayəndəsi Endi Vatanabe müştəri və iş tərəfdaşlarının brendə sadiqliyi sayəsində Lexus Bakı Mərkəzinin artıq 6 ildir fəaliyyət göstərdiyini qeyd etdi. Lexus Bakı üçün ilin ən böyük avtohadisələrindən biri olan tədbirdə söz daha sonra Toyota Qafqaz şirkətinin rəhbəri Mitsuro Konişiyə verildi. Mitsuro Konişi Lexus brendinin Azərbaycanda bu qədər məşhur və sevilən olmasının çox qürurverici olduğunu vurğuladı.
Şirkət nümayəndələrinin nitqinin yekununda qonaqların səbirsizliklə gözlədiyi məqam yetişdi. Lexus Bakı Mərkəzi ilk olaraq lüks kompakt krossoveri – yenilənmiş Lexus NX avtomobilini təqdim etdi. Rəngarəng gur işıqlar altında və xüsusi səs effektləri ilə nümayiş olunan NX modeli relyefli eksteryeri və nəfis interyeri ilə dərhal bütün diqqətləri öz üzərinə topladı.
Brendin dizaynındakı innovativ meyilləri özündə birləşdirən yeni NX zərif haşiyələnmiş effektiv radiator qəfəsi və dumanəleyhinə fənərləri ilə seçilir. Təkmilləşdirilmiş asqı sistemi ən sərt şəraitlərdə sınaqdan keçirilib. 2018-ci ilin NX-i şıq şəhər avtomobilidir, texnoloji cəhətdən rahat anlaşılandır. Həm bu, həm də salondakı mükəmməl işlənmiş dəri oturacaqlar və premium akustik sistem yolboyu sürüşdən xüsusi zövq almağa imkan verir. Diqqət mərkəzində olmağı xoşlayan insanlar üçün yaradılmış NX-in yenilənmiş modeli krossover haqda ümumi anlayışlara meydan oxuyur.
NX-in təqdimatı Yaponiyanın məşhur zərb alətləri ustaları – Sai qrupunun səhnəyə çıxması ilə davam etdi. Qrupun fərqli və ekzotik musiqisi təqdimat mərasiminin ab-havasına xüsusi rəng qatmağa nail oldu. Bu ab-havanın dalğasında da yeni Lexus LX Sport özəl təmtəraqla qonaqlar üçün sərgiləndi.
Yeni LX Sport-da hər xırda detal və dizayn elementi bu avtomobilin nüfuz və gücün zirvəsində durmağa iddialı olduğunu vurğulayır. Dəbdəbəli salon, rahat oturacaqlar, geniş yük yeri və dartıcı-ilişmə xüsusiyyətləri bu yolsuzluq avtomobilini SUV kateqoriyasında daha üstün bir pilləyə qaldırır. Crawl Control sistemi yolsuzluq şəraitində əyləc və qaz pedalına toxunmadan avtomobili avtomatik olaraq maneədən çıxarmağa imkan verir. Yolsuzluq şəraitində yardımçı sistem - Multi Terrain Select ilə Lexus qarşısına çıxan bir çox yolsuzluq problemlərini də asanlıqla dəf etməyə hazırdır. İnnovativ təhlükəsizlik texnologiyası, əyləncə, istirahət və rahatlığı özündə birləşdirən Lexus Enform ilə yeni LX Sport sərnişinlərinə lüks və komfortlu səyahət hissini yaşadır. Ən xırda detallarda diqqətlilik Lexus LX Sport-u SUV standartlarının diktəedicisinə çevirir.
Mərasim iştirakçılarının LX Sport ilə ilkin tanışlığından sonra yenidən səhnəyə çıxan Dərviş qrupu qonaqlara növbəti maraqlı anlar yaşatdı. Lexus Bakı Mərkəzi brendin digər bir modeli – lüks sedan seqmentinin parlaq nümunəsi olan LS barədə də auditoriyaya qısa informasiya təqdim etdi.
Bildirildi ki, 2018-ci ilin LS modeli yeni nəsil sedandır. Öz sinfində avtomobil ideyasını tamamilə dəyişib lider olan LS bu gün keyfiyyət, lüks və üslubları birləşdirən premium avtomobildir. Yeni LS-in 2018-ci ilin yaz aylarında satışa çıxarılacağı gözlənilir.
Daha sonra qonaqların qarşısına çıxan populyar Banderos qrupunun ritmik musiqisi şou-proqramın kuliminasiya nöqtəsi oldu.
Sonda təqdim olunan 3-cü model - idman avtomobili Lexus LC tədbirin parlaq yekunu oldu. LC Lexus-un avtomobil cərgəsində yaradıcı həllərin və inqilabi yanaşmanın sintezi kimi tanınır. LC-nin 471 at gücünə malik 5 litrlik V8 mühərriki dağlıq və magistral yollarda aparılan 24 saatlıq sınaq sürüşlərin nəticələrinə əsasən hazırlanıb. Yeni LC 500 öz seqmentində dizayner və mühəndis qruplarının sıx əməkdaşlığının ən parlaq nümunəsi hesab olunur.
Tədbir qonaqların yeni modellərlə daha yaxından tanış olması üçün bütün arzu edənlərin səhnəyə dəvət olunması ilə başa çatdı. Qeyd edək ki, hər bir avtomobil öz auditoriyası tərəfindən böyük maraqla izləndi. Mərasim iştirakçıları modellərin istər lüks korpusu, istər rahat və komfortlu interyeri, istərsə də texniki özəllikləri ilə ayrı-ayrılıqda tanış oldular.
Lexus-un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (012) 490 50 50
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
“Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
“Papa John’s” səhmləri 20%-ə yaxın ucuzlaşıb – Apollo şirkəti şəbəkəni almaqdan imtina edib
-
8 saat əvvəl
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
-
8 saat əvvəl
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabaha rəsmi məzənnəsi müəyyən olunub
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
Ən çox oxunanlar
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Qısa ulduz nömrələri haradan almaq olar?
Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
Təhsildən kənarda qalan uşaqlar
Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb









.webp)







.jpg)



