Yaponiya şirkəti maaşları Bitcoin ilə ödəyəcək
Yaponiyada bir şirkət, işçilərinin əmək haqlarının bir hissəsini virtual pul vahidi Bitcoin ilə ödəyəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, "GMO İnternet Group" adlı şirkətdən bildiriblər ki, 2018-in mart ayından etibarən 4 min işçinin maaşlarının 100 min yenlik (təxminən 870 dollar) qisminin kriptovalyuta vahidi ilə ödənilməsi variantı təklif olunacaqdır.
Virtual pul vahidi ilə ödəmənin işəgötürən və işçi arasında qarşılıqlı razılığa əsasən həyata keçiriləcəyi vurğulanan açıqlamada, Bitcoin ilə aparılan ödəmənin bu baxımdan ölkə qanunlarına uyğun olduğu qeyd edilib.
Qərarın, Bitcoinin təşviq edilməsi məqsədi daşıdığı qeyd edilib.
Bir neçə gün əvvəl dəyəri 19 min dollara qədər yüksələn virtual pul vahidi Bitcoin, ABŞ-ın Çikaqo şəhərindəki CBOE birjasında "XBT" kodu ilə ticarət olunmağa başlanıb.
Bazar dəyəri 280 milyard dolların üzərinə çıxan Bitcoin, beynəlxalq dərman şirkəti Pfizer və ABŞ-ın telekommunikasiya şirkətləri AT&T və Verizon kimi nəhəng şirkətləri geridə qoyur.
Dünya miqyasında 1200-ə yaxın digər virtual pul vahidlərinin ümumi bazar dəyəri isə təxminən 400 milyard səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)



.jpg)





