Ucuzlaşmalı olan kərə yağı bahalaşıb
Dekabrın 7-də ölkəyə idxal olunan kərə yağının qiymətinin düşəcəyi barədə xəbərlər yayılmışdı. Buna səbəb kimi, Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması göstərilirdi. Belə ki, indiyə qədər sözügedən rüsumlar bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, bu mallar üçün tətbiq edilən rüsumlar bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.
Ölkə başçısı İlham Əliyevin də kərə yağının qiymətinin düşməsi ilə bağlı xüsusi tapşırığı var idi.
Bəs, görəsən alıcılar qiymət düşməsini müşahidə ediblərmi?
Jurnalistlər məsələni araşdırmaq üçün topdansatış və pərakəndə ticarət mərkəzlərinə baş çəkiblər.
Məlum olub ki, qiymətlərdə hələ dəyişiklik yoxdur, alıcılar iddia edir ki, əksinə, qiymətlərdə artım var. Topdansatış mağazasının satıcıları bildirir ki, kərə yağını bir ay bundan qabaq firmadan köhnə qiymətə götürüblər: “Biz mal və məhsulları bir aylıq götürürük. Yeni qiymətlərin necə olacağını isə bilmirik”.
Hazırda topdansatışda xaricdən idxal olunan, ən çox satılan yağların qiyməti aşağıdakı kimidir:
“Wellington”- 16.50 ( 1 kq)
“Westgold”- 8.80 (500 q)
“Anchor”- 16.20 (1 kq)
Satıcılar idxal yağlarından əlavə, son günlər yerli şirkət olan “Azərsun” yağlarının qiymətində artım müşahidə etdiklərini bildirirlər.
Supermarketlərdə də qiymətlərlə maraqlandıq:
“Makro market”: “West Gold”, “Anchor”-16.90 qəpik, “Wellington”- 16.22 qəpik, “Valio”- 17.85 qəpik, “Elle Vire” isə 22 manat 40 qəpik.
“Araz” supermarketlərində isə yağın satış qiymətində 60 qəpik artım müşahidə olunur:
“Anchor”, “West gold”un qiyməti 17.50 qəp, “Wellington” isə 17.49 qəpikdir. “Elle Vire” yağı isə, əksinə 2 manat aşağı, yəni 20 manata satılır.
Satıcılarla söhbət zamanı məlum oldu ki, hələ ki yağın qiymətinin aşağı salınmasından söhbət getmir. Yalnız bayramla əlaqədar ay sonunda qiymətlərin düşməsi ehtimalı var.
Alıcılar da Nazirlər Kabinetinin qərarının hələ ki, marketlərdə tətbiq olunmamasından narazılıq edirlər.
“Elə əvvəl hansı qiymətə alırdıqsa, indi də o qiymətdir. Əksinə, qiymət qalxıb. Əvvəl 3 manat 30 qəpiyə aldığım “Dayaruşka” yağını indi 3 manat 80 qəpiyə almışam”.
Müğənni Nura Suri də sosial şəbəkədə “Megle” kərə yağının qiymətinin artdığını bildirib. O, qeyd edib ki, marketdən yağın 250 qramını 8 man 20 qəpiyə alıb.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 59 d. əvvəl
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)







.jpg)





.jpg)








