Azərbaycanda faiz siyasəti nəzəriyəsi işləmir – ƏMANƏT FAİZLƏRİ AŞAĞI DÜŞÜR
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15%-də saxlamaqda davam edərkən, banklarda əmanət faizləri aşağı düşür. Nəzəriyyəyə görə, Mərkəzi Bank uçot dərəcəsini qaldıran zaman, insanların banklara əmanət qoymaq meyli güclənməlidir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Xeyli müddətdir, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə qaldırmış olsa da, banklarda əhalinin əmanətləri kəskin artmayıb, cüzi artım payızın ilk aylarında müşahidə edilib. Ehitimal ki, əmanətlərin geri götürülməsinin dayanması və son aylar cüzi artması Dollar/manat məzənnəsinin sabitləşməsilə bağlıdır.
Qısası, hazırda Azərbaycanda praktikada, nəzəriyyədə deyilənlər müşahidə olunmur. Uçot dərəcəsinin 15%, manat əmanətlərində sığorta faizi də 15% olmasına baxmayaraq banklar bir-bir əmanət faizlərini aşağı salırlar. “Marja”nın məlumatına görə, əksər banklarda manat əmanətinə təklif edilən ilik qazanc faizi 10%-ə və ya daha aşağı düşüb. Məsələn, faizlərin depozitin müddətinin sonunda alınması şərtilə 12 aylıq müddət üçün əmanət faizi Expressbankda 10,4%, Unibankda 10%, Amrahbankda 10%, Azərbaycan Beynəlxalq Bankında 10%, Ziraat Bank Azərbaycanda 9%, KapitalBankda 8.5%, XalqBankda 6% və s. təşkil edir. Faizlərin ayda bir dəfə alınarsa faizlər daha da aşağı düşür. Halbuki, bu ilin yazında və yayında banklar əhalidən əmanətləri 14-15%-lə cəlb edirdilər.
Banklar əhalidən cəlb etdikləri vəsaitləri sata bilmədikləri, yəni, kredit götürənlər azaldığından yüksək faizlə əmanət cəlb etməkdə maraqlı deyillər. Digər tərəfdən, fiziki və hüquqi şəxslərə bank hesablarından nağd vəsaitin çıxarılmasına məhdudiyyətlər tətbiq edildiyindən banklarda böyük məbləğdə vəsait yığılıb. Bu gün həmin vəsitlərin çoxu qısamüddətli olsa da, iqtisadiyyata ötürülə bilnmir. Banklar həmin vəsitlərin bir hissəsi ilə depozit və not hərraclarında iştirak edir, dövlət istiqrazları alırlar. Bu şəkildə vəsaitlər yerləşdirilərək qazanc götürülür.
Adətən kredit faizlərinin yüksək olması əmanət faizlərinin yüksək olması ilə əlaqələndirilir. Əvvəllər banklar yüksək faizlə kreditlər verdikləri üçün, yüksək faizlə də əmanətlər cəlb edə biliblər. Bu gün kredit az verildiyindən, əmanət faizləri də aşağı düşməkdə meyl edir. Hətta bəzi banklar cüzi də olsa kredit faizlərini aşağı salıb. Qısası, yüksək faiz siyasəti dövründə, əmanət və kredit faizləri aşağı düşür.
Verilən kreditlərin azalmasının səbəblərindən biri tələbin azalmasıdırsa, digər bir səbəb bankların daha çox riskə getməyərək hər müştəriyə kredit ayırmamaları ilə bağlıdır. Gələn ildən Kredit Zəmanəti Fondunun fəaliyyətə başlaması kreditlərin artmasına təkan verə bilər.
Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaqda məqsədlərindən biri, Manat əmanətlərinin faizlərinin artmasına nail olmaq və milli valyutada yığımları stimullaşdırmaq idi. Beləliklə də, manata olan inamın artmasına şərait yaranmalı idi.
Hazırda isə,
-Əmanət faizlərinin aşağı olması milli valyutada əmanətləri stimullaşdırmır, əksinə faizlər aşağı düşür,
-Manatın məzənnəsinin sabitləşməsi əsasən neftin qiymətinin yüksəlməsi, nəticədə tədiyyə balansında müsbət saldonun yaranması, Manat kütləsinə məhdudiyyətlərin tətbiq edilməsi və ajiotajın səngiməsilə ilə bağlıdır.
Göründüyü kimi, Azərbaycanda faiz siyasəti işləmir, iqtisadi nəzəriyyədə yazılanların əksi baş verir.
Tezliklə, bank sektorunda yaranmış “düyünün” açılmasına ehtiyac var.
Əldə etdiyimiz məlumata görə, bir sıra banklar da 2018-ci ilin əvvəlində əmanət faizlərini aşağı salmağa hazırlaşır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
8 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























