ABŞ Senatı, vergi layihəsini təsdiq edib
ABŞ Senatı ölkənin vergi sistemində son 30 ilin ən böyük dəyişikliklərini nəzərdə tutan 1,5 trilyon dollarlıq vergi layihəsini az fərqlə təsdiq edib.
"Marja" xəbər verir ki, Respublikaçı senatorların mübahisəli vergi layihəsi, Vaşinqton saatı ilə 02:00 radələrində keçirilən səsvermədə 49-a qarşı 51 səslə qəbul edilib.
Demokratların qarşı çıxdığı layihəyə müxalif çıxan yeganə Respublikaçı senator Bob Corker olub. Corker, layihəyə, büdcə kəsirini ən azı 1 trilyon dollar artıracağını və bu səbəblə də "xeyr" səsi istifadə etdiyini açıqlayıb.
ABŞ şirkətlərinə qarşı vergi nisbətini 35%-dən 20%-ə endirəcək layihənin güclü müxalifətə baxmayaraq Senatdan keçməsi, ABŞ Prezidenti Donald Trump və Respublikaçı Partiyanın builki ən mühüm uğuru kimi qiymətləndirilib.
Səsvermədən qələbəylə ayrılan Respublikaçı senatorlar, indi Konqresin digər qanadı olan Nümayəndələr Məclisindəki həmkarları ilə bir araya gələrək "razılaşma" prosesinə başlayacaq. Çünki ABŞ Nümayəndələr Məclisi ötən ay eyni adı daşımasına baxmayaraq bəzi fərqliliklər ehtiva edən bir başqa vergi layihəsini təsdiq edib. Həmin layihənin kənara qoyularaq Respublikaçıların layihəsinin əsas götürülməsi məsələsində razılaşma lazımdır. Respublikaçıların layihəsinin Nümayəndələr Məclisində də təsdiq olunacağı gözlənilir. Layihənin Konqresdə qəbul edilməsi vəziyyətində, son mərhələ olaraq Prezident Trumpın imzasına təqdim olunacaq.
Vergi islahatı layihəsinin Senatda təsdiq olunmasının Dolların bahalaşmasına səbəb olacağı gözlənilir.
Trump: "Layihəni Miladdan əvvəl imzalamaq üçün səbirsizləşirəm"
ABŞ Prezidenti Donald Trump, Senatda keçirilən səsvermənin nəticəsini Twitter hesabından etdiyi paylaşımla qiymətləndirib.
Son 30 ilin ən böyük vergi güzəştlərini əks etdirən vergi layihəsinin il bitmədən masasında olmasını istəyən Trump, "Amerika miqyasında çalışqan ailələrə böyük vergi güzəştləri təmin etməyə bir addım da yaxınlaşdıq.Layihəni Miladdan əvvəl imzalamaq üçün səbirsizləşirəm" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 22 saat əvvəl
-
-
22 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)





