Sahibkarların manatla aldıqları kreditlərin faizləri büdcədən ödəniləcək
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi təsdiq edilib.
“Marja” xəbər verir ki, Cəmiyyətin nizamnamə kapitalı 100 milyon manat olub, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 10 manat olan 10 milyon ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir.
Nizamnamədə qeyd olunur ki, dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə görə dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir.
Nizamnamədə Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri göstərilib:
Cəmiyyətin əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.
- Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verir;
- sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir;
- Cəmiyyətin fəaliyyətində risklərin azaldılması məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırır və tətbiqini təmin edir;
- sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir;
- kreditlərin anderraytinqinə, vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti təmin etmək, habelə bank tərəfindən uyğunluğun və kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını təmin edir;
- Cəmiyyətin əqli mülkiyyətini idarə edir və onun barəsində sərəncam verir;
- fəaliyyət istiqamətlərinə uyğun sahələrdə müvafiq dövlət qurumları ilə, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir;
- əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün tədbirlər görür, kənar ekspertləri işə cəlb edir;
- Cəmiyyətə aid məsələlər üzrə islahatlar aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
- müvafiq hüquqi aktlarda Cəmiyyətə münasibətdə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirlər həyata keçirir;
- aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin edir və ona riayət olunmasına nəzarət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















