Azərbaycan və Xorvatiya razılaşdı
Noyabrın 28-də Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın ilk iclası keçirilib. İclasda Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Xorvatiya tərəfdən isə Birgə Komissiyanın həmsədri, baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin başçılıq etdiyi Xorvatiya nümayəndə heyəti iştirak ediblər.
F.Məmmədov bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, bir neçə dəfə yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 284,7 mln. ABŞ dolları təşkil edib ki, bunun da 51,2 mln. dolları idxalın, 233,5 mln. dolları ixracın payına düşüb. 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 mln. ABŞ dolları həcmində olub.
İclasda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişə nail olunduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirib, gələcək əməkdaşlıq sahələrini genişləndirmək məqsədilə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
İclas çərçivəsində Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya Respublikası baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin təkbətək görüşü də keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
-
1 saat əvvəl
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci il üzrə Tədiyə balansı açıqlandı - 1 MİLYARD 444 MİLYON MANATLIQ AZALMA
-
2 saat əvvəl
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
-
2 saat əvvəl
Azərbaycana avtomobil idxalı azalıb – minik avtomobillərində kəskin geriləmə
-
3 saat əvvəl
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
-
3 saat əvvəl
Nəhəng qurum müharibəyə baxmayaraq qızılın bahalaşacağı barədə proqnozunu saxlayır
-
3 saat əvvəl
Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 20,7 faiz azalıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Ən çox oxunanlar
Martın 18-də gözlənilən hava şəraiti
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Azərbaycanda sənaye istehsalı 0,5 faiz artıb
"Bakı Metropoliteni"nin baş mühəndisi işdən çıxarılıb
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub






















