İlham Əliyev “Cahidoğlu”nun zavodunu işə saldı
Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat veribki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır.
Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də “Cahidoğlu” MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.
Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir.
Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxıb.
Diqqətə çatdırılıb ki, zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Belə ki, xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək anbara boşaldılır. Bundan sonra istehsal prosesində xəmirin mayalanması üçün süd emalından alınan pendir suyundan istifadə olunur ki, bu da istehsal edilən çörək və müxtəlif çeşidli un məmulatlarının daha dadlı və keyfiyyətli olmasına, eləcə də məhsulların saxlanma müddətinin artmasına şərait yaradır. Xəmirin mayalandırılmasında istifadə olunan pendir suyunun xammal bazasının yaradılması üçün gələcəkdə süd emalı sahəsinin təşkili nəzərdə tutulur. İstehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün kifayət qədər nəqliyyat vasitələri alınıb.
Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
3 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
4 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"



























