Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Avronun məzənnəsi 1,20 dollar həddini ötəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avronun məzənnəsi 1,20 dollar həddini ötəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Qlobal bazarda avro möhkəmlənmə trendini davam etdirərək 1,20 ABŞ dolları səviyyəsini ötə bilər.

 

Bu proqnozla Hollandiya "ING Bank"ının FOREX bazarı üzrə baş eksperti Virac Patel (Viraj Patel) çıxış edib.


Ekspertin sözlərinə görə, investorların avrozonada siyasi qeyri-müəyyənliklə bağlı narahatlıqları sona çatır. Avrozona üzrə müsbət iqtisadi göstəricilər davam edəcək. Patelin proqnozlarına görə, noyabrın 30-da açıqlanacaq avrozona istehlak qiymətləri indeksi artacaq. "ING Bank" bildirib ki, investorlar avrozona üzrə inflyasiya göstəricisini tam qiymətləndirməyiblər. Son zamanlar Almaniya və İspaniyada yaşanan siyasi qeyri-müəyyənliklər bunun qarşısını almağa müvəffəq olub. Lakin, getdikcə siyasi arenada vəziyyət düzəlir, bu da avronun məzənnəsinin artmasına səbəb olacaq.


Qeyd edək ki, bugünkü hərraclarda USD/EUR məzənnəsi son 2 ayın maksimal həddi - 1,1957-ə yüksəlib.

 

©Report

27.11.2017 11:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18