“Çürük diş, sağlam dişə zərər verir, az kapitallı bankları bağlayın”
“Əgər iqtisadiyyat artmasa, banklar inkişaf edib böyüməyəcəklər”.
“Marja”nın məlumatına görə, bunu Bakıda keçirilən 2-ci Bankçılıq Forumunda Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Hüseyin Aydın bildirib.
O, Türkiyənin keçdiyi yoldan danışaraq qeyd edib ki, ölkədə çoxlu sayda banka ehtiyac yoxdur, ölkədə böyük məbləğdə öz kapitalına malik bir neçə güclü bankın olması yetərlidir:.
“Vaxtilə Türkiyədə bankların sayı 87 idi. Biz qərara gəldik ki, bank fəaliyyəti ilə məşğul olmaq istəyənlər kapitallarını artırmalıdır. Kapital tələbini qaldırdıq. Qısa müddətdə bankların sayı 87-dən 51-ə düşdü”.
Hüseyin Aydın qeyd edib ki, Azərbaycanda Türkiyə təcrübəsindən bəhrələnə bilər. Kapitalı yetərli səviyyədə olmayan bankların lisenziyası alınmalıdır.
“Biz Türkiyədə belə etdik, Yetərli kapitalı olmayan bankların lisenziyasını aldıq. Çünki çürük diş, sağlam dişə də zərər verir. İndi banklarımızın kapitalı 100 milyard dollara, aktivlərinin həcmi 800 milyard dollara çatıb, onlar dövlət dəstəyi olmadan fəaliyyət göstərib, iqtisadiyyatın maliyyələşdirilməsində aktiv iştrak edirlər”.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qaımlı bildirib ki, Azərbaycan bu baxımdan Türkiyə təcrübəsindən faydalanmalıdır.:
"Kapitallaşma həll edilməsə, bizim arzuladığımız inkişaf olmayacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
10 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















