Sığorta ilə bağlı təsəvvürlərinizi tam dəyişəcək yenilik gəlir!
"Sığorta ilə bağlı təsəvvürləriniz tam dəyişəcək!"
"Marja" xəbər verir ki, Azərbaycanda bu sloqanla "KASKO BUTİK" fəaliyyətə başlayır.
Bildirilir ki, KASKO BUTİK müasir və innovativ platformadır, bütün müqavilələr elektron bağlanılır və digər sənədlərlə birlikdə sizin elektron poçt ünvanınıza göndərilir.
Sığortaetdirənin bank kartı məlumatları KASKO BUTİK-də saxlanılmır. Bütün ödənişlər Paşa Bank və Express Bankın yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
6 SIĞORTA ŞİRKƏTİNDƏN BİRGƏ ZƏMANƏT
KASKO BUTİK platformasında bağlanmış müqavilələrə Azərbaycanın bir deyil, 6 aparıcı sığorta şirkəti (AtaSığorta, Atəşgah Sığorta, Azsığorta, Agroup, Günay Sığorta və Qala Sığorta) birgə şərikli zəmanət verir.
KASKO BUTİK-in Sığorta Dəstək Mərkəzinin peşəkar və təcrübəli əməkdaşları sığortaya aid bütün suallarınızı cavablandırmaq üçün 7/24 fəaliyyət göstərəcəkdir.
SIĞORTANI KASKO BUTİKDƏN ALMAQ ÜÇÜN SƏBƏBLƏR
KASKO BUTİK bildirir ki, 97% hallarda təmir xərcləri 5000 manatı keçmir. Bu səbəbdən bahalı KASKO-ya ehtiyac yoxdur.
KASKO BUTİK avtomobil sığortasını adi KASKO məhsullarından xeyli aşağı təklif edəcəkdir. Üstəlik sığorta haqqını hissələrlə hər ay ödəmək imkanı təklif olunacaqdır.
KASKO BUTİK ilə sığorta ödənişini günlərlə gözləmək dövrü keçmişdə qalacaqdır. "Biz pulunuzu 59 dəqiqə ərzində ödəyirik!"-, KASKO BUTİK bildirir.
Üstünlüklər yuxarıda qeyd olunanlar ilə bitmir: BUTİK avtomobili servis mərkəzində keyfiyyətlə təmir olunmasını təmir edəcək, 1000 manatadək zərərlər zamanı sənədlər tələb olunmayacaq. Avtomobiliniz təmirdə olan zaman siz piyada qalmayacaqsınız. Bu müddətdə sizin 120 manatadək taksi xərcləriniz ödəniləcəkdir. Sığorta şəhadətnaməsi bütün sünyada qüvvədə olacaqdır, sığortalı avtomobili yaşı 21-dən yuxarı hər kəs qanuni əsaslarla idarə edə biləcəkdir.
PORTAL YARADILIB
KASKO BUTİK 2222.az saytı vasitəsilə sığortanın satışını həyata keçirəcəkdir. Saytda təminat məbləğindən asılı olaraq KASKO-nun qiyməti 222-555 manat civarındadır.
Facebook-da yerləşdiriləcək MERİ adlı ölkənin sığorta sahəsindəki ilk funksional ChatBotu sizə KASKO BUTİK haqqında ətraflı məlumat verəcəkdir.
Avtomobilinizə texniki baxışın aparılması, həmçinin hadisə zamanı zərərin qiymətləndirilməsi ən son texnologiyalarla aparılacaq, bu da sizin vaxtınıza və pulunuza qənaət deməkdi.
KASKO BUTİK "Zaman Broker" şirkətinin layihəsidir və layihəyə sığorta bazarı üzrə tanınmış ekspert Xəyal Məmmədxanlı rəhbərlik edir. Layihənin rəsmi təqdimatı 15 Noyabrda baş tutacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























