BTC kəməri ilə ötürülən neftin həcmi açıqlandı
2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunmuşdur. Bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.
Cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.
2017-ci ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir).
Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil etmişdir.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti




























