Kürdəmir cənnət-məkan olacaq - 3 İRİ LAYİHƏ
“İSRAİL AHMADOV İNVESTMENT” MMC şirkəti Kürdəmirdə üç müasir obyekt inşa edir. Layihələri “Memar 1” MMC şirkəti hazırlayıb.
Kürdəmir rayonunda emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin edilməsi məqsədilə rayonun Karrar qəsəbəsindən keçən İpək Yolunun kənarında beynəlxalq standartlara uyğun müasir tipli "Kürdəmir Logistik Mərkəzi"nin ,"Kənd Təsərrüfatı Yarmarkası"nın və "Turizm və əyləncə mərkəzi"nin tikintisi nəzərdə tutulub.
"Marja" Azərtac-a istinadən xəbər verir ki, "Kürdəmir Logistik Mərkəzi"ndə 10 min kvadratmetr qapalı anbar, 15 min kvadratmetr açıq anbar, 15 min kvadratmetr 2 seksiyalı soyuducu anbar , 60 min kvadratmetr TIR parkı, 2 ədəd yanacaqdoldurma mərkəzi 2 ədəd avtoyuma obyekti, "Kənd Təsərrüfatı Yarmarkası"nda 60 min kvadratmetr istixana kompleksi ,12 min kvadratmetr kənd təsərrüfatı yarmarkası, 3,6 min kvadratmetr yaşıl market, 5,0 min kvadratmetr ticarət obyekti, "Turizm və Əyləncə Mərkəzi"ndə 4.5 min kvadratmetr sahəsi olan 4 mərtəbəli 3 ulduzlu hotel, 1,0 min kvadratmetr sahəsi olan 200 yerlik açıq restoran, 0,64 min kvadratmetr sahəsi olan 200 yerlik şadlıq sarayı, 1,5 min kvadratmetr sahədə 26 istirahət guşəsi, 0,2 min kvadratmetr sahədə un məmulatları sexi, 0,86 min kvadratmetr sahədə uşaq əyləncə mərkəzi, 1,0 min kvadratmetr sahədə su hovuzu, 4 min kvadratmetr sahədə meyvə bağı, 40.000 kvadratmetr Akvapark 20.000 kvadratmetr balıqçılıq təsərrüfatı salınması nəzərdə tutulub.
71 MİLYON MANAT İNVESTİSİYA
Tikintisi nəzərdə tutulmuş hər üç layihə üzrə ümumilikdə smeta dəyəri 71.000.000 (yetmiş bir milyon) AZN və ya 42.000 000 (qırx iki milyon) ABŞ dolları olmaqla tikinti işlərinə 16.10.2017-ci il tarixindən başlayaraq 18.10.2019-cu il tarixində başa çatdırılması nəzərdə tutulub.
Rayonda məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin aradan qaldırılması istiqamətində qeyd olunan obyektlərin tikintisi zamanı 150-200 nəfər vətəndaşın müvəqqəti tikinti işlərinə cəlb olunması və tikinti işləri başa çatdıqdan sonra 255-300 nəfər vətəndaşın daimi işlə təmin olunması nəzərdə tutulub.
Yuxarıda qeyd olunanları nəzərə alaraq "Kürdəmir Logistik Mərkəzi"nin ,"Kənd Təsərrüfatı Yarmarkası"nın və "Turizm və Əyləncə Mərkəzi"nin tikintisi üçün Kürdəmir rayonunun Karrar qəsəbəsi yaxınlığında İpək Yolunun kənarında ümumilikdə 46 hektar torpaq sahəsi ayrılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























