“Şahdəniz” yatağı minimum 100 il bundan sonra fəaliyyət göstərəcək”
“Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanıb. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq”.
Bunu Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.
“Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var. Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa edərkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq. Halbuki, baxın, bu gün Bakının vaxtilə çirklənmiş yerlərində biz parklar saldıq, cənnət yaratdıq. Elə Bibiheybət yatağının - ən qədim neft yatağının əvvəlki görüntüləri necə idi, indiki görüntüləri necədir. Əvvəlki görüntülər bir fəlakət mənzərəsi idi. Bu gün isə bu, Bakının ən gözəl parklarından biridir. Yəni, biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına da çox böyük vəsait qoyuruq. Amma o vaxt bunu bəhanə gətirərək istədilər işimizi əngəlləsinlər”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, ikinci mövzu neft ehtiyatları ilə bağlı idi: “Deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan kəmərini tikmək lazım deyil, bu, heç vaxt özünü doğrultmayacaq. Bax, biz artıq 1997-ci ildən başlayaraq konsorsiumla birlikdə 20 il ərzində nefti hasil edirik. Qeyd etdiyim kimi, konsorsium ancaq “Azəri-Çıraq-Günəşli”dən 460 milyon ton neft hasil edib. Lakin bundan da çox təsdiqlənmiş ehtiyat var. Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün “Şahdəniz-2” layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bərabərdir. “Azəri-Çıraq” yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq. Mən yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 511 milyon tona bərabər səviyyədə hesablanmışdı. Hətta mən o vaxt Dövlət Neft Şirkətində gənc bir işçi kimi təəccüb edirdim ki, bunu necə dəqiqliklə hesablaya bilərlər – 511. Niyə 510 yox, 512 yox, 511? Əlbəttə ki, bu, bir şərti rəqəm idi. Ancaq bugünkü hesablamalar onu göstərir ki, yataqların ehtiyatı minimum ən azı iki dəfədən çoxdur. Çünki o 511 şərti rəqəminin 462-si artıq çıxarılıb. 2050-ci ilə qədər də, görün, nə qədər neft olacaq? Ona görə əminəm ki, bizim proqnozlarımız həyatda öz təsdiqini tapacaq. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid”, “Babək” yataqlarının çox böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkəti bu yataqlarda da çox fəal iş aparacaqdır. Müəyyən işlər aparılır. Daha da böyük həcmdə işlər aparılacaq”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
17 d. əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
-
-
34 d. əvvəl
Azərbaycan startapı ümumi dəyəri 70 min dollardan çox olan müqavilələr bağlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sabah axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
“Xəyal Adası” mənfəəti xəyal edir - ZƏRƏRDƏN ÇIXA BİLMƏYİB
Bankların kredit portfelinin artım tempi sürətlənib
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb
Ən çox oxunanlar
AFB Bank: İstiqrazlara yüksək tələbat olub
İmişlidə 33 milyon manatlıq zavod istifadəyə verildi
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB















.jpg)





.jpg)



