Marketinq sektoru üçün yerli ikonlar hazırlanıb
Bir çox layihələrin altına öz imzasını atan Apamark Marketinq və PR şirkəti bu dəfə Azərbaycan Marketinq sektoruna olan özəl tövhəsi ilə fərqlənib. Şirkət, yerli marketinq bazarı üçün məxsusi ikonlar təqdim etməsi ilə diqqət çəkib.
Şirkət rəhbəri Ceyhun Fərzəliyevin sözlərinə görə yerli marketinq ikonlarının yaradılması prosesi çoxdan planlaşdırılmış bir addım idi: "Apamark şirkəti olaraq biz daima bazarda baş verənləri öz aramızda müzakirəyə çıxarırıq. Müşahidələrimiz göstərir ki, mediada, sosial şəbəkələrdə, marketoloqların toplaşdığı qruplarda hər hansı bir xidmət haqqında danışılanda və ya onun sifarişi üçün təklif istəniləndə müxtəlif internet şəkillərindən istifadə olunur. Apamark şirkət olaraq bütün bunları nəzərə alıb marketinq sektoru üçün özəl ikonlar hazırlamağı qərara aldıq".
Hər kəsin istifadə edə biləcəyi ikonlar
Bu ikonlar Apamark şirkəti tərəfindən hazırlanmasına baxmayaraq, marketinq və PR sahəsi ilə əlaqəsi olan istənilən şirkətin bu ikonlardan istifadə etməsinə tərəfimizdən icazə veriləcəkdir. Bunun üçün qarşı tərəfin Apamark şirkətinə müraciət etməsi kifayətdir. Ümumilikdə tərəfimizdən 2D və 3D formatlarında 26 ikon hazırlanmışdır. İkonların üzərində olan rənglər Apamark şirkətinin korporativ rəngləridir. İkonlar üzərində olan rəqəmlər isə həmin xidmətin növlərini göstərir. Azərbaycan, İngilis və Rus dillərində hazırlanmış ikonlar bu ilin sonuna kimi yenilənəcək Apamark şirkətinin yeni saytında və ofisin yeni interyerində də öz əksini tapacaqdır. İkonları vizual olaraq görmək istəyənlər apamark şirkətinin rəsmi facebook və ya instagram səhifəsinə daxil ola bilərlər.
Qeyd edək ki, “Maarifləndir ki, müştəri qazanasan” fəlsəfəsi ilə fəaliyyət göstərən Apamark şirkəti bu ilin sonuna kimi 3 böyük layihə təqdim etməyi planlaşdırır. Şirkətin xidmət şəbəkəsinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması və xidmətlərinin göstərilməsi, SEO analiz, SMM və s. kimi xidmətlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









.jpg)
