Kredit üçün zamin dayandı, axırda xəstəxanalıq oldu
Tovuzda qadın kredit üstə döyülüb.
Hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürüb. Qonşunun xahişi ilə Q.Hüseynova ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə bank zaminin maaş kartından həmin məbləği tutub.
Q.Hüseynova buna etiraz edib və qonşusundan həmin məbləği istəyib. Kredit götürən şəxslə Q.Hüseynova arasında mübahisə yaranıb və qonşusu qadını xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.
Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























