"Biz heç yerdən kredit, yardım almadıq"
“Bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı”.
Bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir: “Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir”.
Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: “Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.
Prezident nəzərə çatdırıb ki, 2004-cü ildən indiyə qədər Azərbaycanda 11 min km yol tikilib, 6 aeroport istifadəyə verilib: “Azərbaycanın 20-yə qədər iri yük təyyarəsi var. Azərbaycanın Xəzərdə 270 gəmidən ibarət böyük donanması var. Azərbaycanda bir neçə il əvvəl böyük gəmiqayırma zavodu tikilib. Gələcəkdə Xəzərdə yük həcminin artması ilə zavod daha böyük sürətlə çalışacaq. Ələt dəniz limanının birinci fazası gələn il istifadəyə veriləcək. 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci fazanın istifadəyə verilməsi ilə yük ötürmə 25 milyon tona çatacaq”.
İ. Əliyevin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir: “Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yolu həmişə açıq olacaq”.
© APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















