"Eyni hal üzrə 2 ayrı sığorta şirkətinə müxtəlif göstəriş verilib"
Ölkəmizdə sığorta hadisələrinin araşdırılması və ona hüquqi rəy verilməsi ilə bağlı mütaxəsislər barmaqla sayılacaq qədərdir. Çünki sığorta sahəsinin ölkəmiz üçün tarixi sovetlər dönəminə dayansa da bu sahənin inkişafi 20-ci əsrin 90-cı illərinə təsadüf edir. Məhz bu dövrdə yeni qeyri dövlət sığorta şirkətləri ortaya çıxmağa başladı .Bununla da sığortada rəqabət mühitinin təməl prinsipləri ortaya çıxdı. Bu formalaşma dövrü 2010-cu illərə qədər davam etdi. Bu illərdə sığorta məhsullarının icbari olması və bu sahə ilə maraqlanan sığorta şirkətlərinə dövlətin xüsusi güzəşt etməsi Avtonəqliyat sığortasının inkişafını şətrləndirən amilə çevrildi. Avtonəqliyyat sığortasının inkişafı ilə yanaşı eyni zamanda dələduzluq hallarının meydana gəlməsi və yeni hallarla bağlı dünya təcrübəsinin öyrənilməsi fonunda sığorta şirkətlərinin sənədləri daha konkret tələb etməsi üçün Polis orqanlarından alınması məcburi olan arayış (Forma4 ) meydana gəldi.
Nədir bu forma 4 və nəyə xidmət edir ?
Qeyd etdiyim kimi Forma 4-ün əsas xüsusiyyəti sığorta şirkətlərinin əməkdaşlarının hadisələri və faktları qəbul edib araşdırılması fonunda iş yükünün və vaxt sərfiyyatının azaldılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının sələfi Dövlət Sığorta Nəzarəti Xidmətindən qəbul edilib (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 nömrəli Qərarı ilə tədiq edilmişdir). Bu qaydada məqsəd tədricən bu formanın əlçatanlığını elektron qaydaya keçirmək olmuşdur. Hətta bu səbəbdən Daxili İşlər Nazirliyinin saytında həmin təkliflə bağlı forma 4-ün elektron formada verilməsini nəzərdə tutan link də yaradılıb.
Forma 4 də nə əks olunur?
Hadisənin baş vermə tarixi, yeri, saatı, zərərvuran və zərərçəkənin müəyyən olunması ilə bağlı müvafiq xanaların doldurulması əks olunmuşdur. Sığorta şirkətinə müvafiq orqandan göndərilmə müddəti 10-15 gün müəyyən olunmuşdur. Təcrübə göstərmişdir ki, bu sənədin əldə olunması üçün vətəndaş müəyyən çətinliklər çəkir. Bir çox hallarda süründürməçilik hallarına gətirib çıxarır.
Forma 4-ü əvəz edən alternativ varmı?
Yol Nəqliyyat Hadisəsi zamanı 2-dən çox avtomobil toqquşmuşursa, zərər 1000 AZN-i ötürsə və tərəflər arasında mübahisə varsa Forma 4-ün olması faktı vacibdir. Çünki mübahisənin yekununda tərtib olunan və sığorta şirkətinə təqdim olunan sonuncu sənəd elə Forma 4-dür. Lakin elə hallar vardır ki, Forma 4-ün tələb edilməsi və vaxt sərfiyyatına gətirib çıxarması konkret olaraq süründürməçilik xarakteri kimi baxıla bilər. 2-dən artıq olmayan nəqliyyat vasitəsinin toqquşması nəticəsinə zərərin 1000 AZN-i aşmaması, mübahisəli məqamın olmaması, polisə sadəcə məlumat verməklə və tərtib olunmuş inzibati qərarı (protokolu) sığorta şirkətinə təqdim etməklə sığorta ödənişi almaq mümkündür.
Xəsarət və ölüm halında necə izah olunmalıdır?
Yol Nəqliyyat Hadisəsi zamanı xəsarət və ölüm halında mütləq “Cinayət işi başlanır”. Bununla bağlı müxtəlif araşdırma və ekspertizalar keçirilir. Hətta ölüm halında zərərçəkənin hüquqi varsiləri onlara düşən sığorta kompensasiyasını unuda bilər. Bu bir mentalitet məsələsidir. Çünki hüzr zamanı varislərin sığorta şirkətinə gəlmələri və s. problemlər yaradır. Lakin bir müddət sonra hadisə ilə bağlı Polis öz işini yekunlaşdıraraq ya xəsarətin dərəcəsindən asılı olaraq “Cinayət işinin rədd olunması barədə qərar ” qəbul edir ya da işi məhkəməyə göndərir. Proses məhkəmədə davam etdirilir, sənədlər məhkəməyə göndərilir. Məhkəmədə ən sonda dövlətin adından “Hökm ” çıxarılır. Hökm isə dövlətin adından çıxarıldığı üçün bütün hüquqi aktlardan daha üstün sayılır.
Hökm forma 4-ü əvəz edə bilərmi?
Forma 4 Hökmdən götürülüb ixtisarla və konkretləşdirilmiş formada sığorta şirkəti əməkdaşının işini daha çevik aparması üçün tərtib olunur. Lakin Forma 4-ün gecikməsi halında “hökm” onu əvəz edə bilər (Forma 4-də əksə olunan bütün faktlar Hökmdə öz genişliyi ilə əks olunmuşdur) və bununla bağlı Dövlət Sığorta Nəzarəti Xidməti də mübahisə doğuran bu məsələ barədə onların göndərdiyi məktub sorğulara müsbət cavablandırmışdır. Lakin maraq doğuran məsələ ondan ibarətdir ki, son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası bu halın mümkün olmaması barədə sığorta şirkətinin daxili sorğusuna mümkünsüz cavabı vermişdir. Əsas səbəb isə “İcbari sığortalar haqqında qanunun 17-ci maddəsində nəzərdə tutulan tələb olunan sənədlərin siyahısında bu arayışın olmasını əsas gətirmişdir”. Qeyd etmək istərdim ki, bu məktub Palatanın nüfuzuna xələl gətirir. Necə ola bilər ki, 2 ayrı sığorta şirkətinə eyni hal üzrə müxtəlif göstəriş verilsin? 2016-cı ildə "Azsığorta" ASC-nin eyni məzmunlu sorğusuna "mümkündür" cavabı verilmişdir. Lakin "Atəşgah" sığorta şirkətinin sorğusuna "mümkünsüz" cavabı vermişdir. Elə buna görə də mübahisənin aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına normativ aktın etibarsız sayılması ilə bağlı vətəndaşın nümayəndəsi kimi müraciət etmişik.
© Marja.az üçün, sığorta sahəsi üzrə hüquq eksperti İlkin İbrahimov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















