“Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru açıqlama yayıb
Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan “Mercedes-Benz” markalı avtomobillə bağlı “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan” şirkəti açıqlama verib.
Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Sevinc Abbasova bildirib ki, sözgedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb:
“İlk növbədə, avtomobil köhnədir. Təxminən 2008-2009-cu il istehsalıdır. Adı çəkilən GL 550 modeli yalnız Amerika bazarı üçün istehsal olunur. Bu avtomobil Avropa bazarı üçün istehsal olunmayıb. Yəni, rəsmi diller bu avtomobili Azərbaycana idxal edə bilməz. “Mercedes-Benz”in rəsmi dilleri GL 550 modelini heç vaxt Azərbaycana gətirməyib. Həmçinin, sözügedən avtomobilin nömrəsinin altında “Ulduz” və “Mercedes-Benz” yazılıb. Bizim rəsmi dillerlər isə həmin hissədə öz adları və əlaqə nömrələrini qeyd edirlər. Bəyan edirəm ki, həmin avtomobil “Avtokapital-Azərbaycan”ın dilerlərindən alınmayıb”.
Sevinc Abbasova həmin avtomobilin Ayna Sultanova küçəsində yerləşən avtosalondan alınması məsələsinə də aydınlıq gətirib:
“Bizim rəsmi dillerlərimiz Ayna Sultanova küçəsində yerləşmir. İki ünvanda - Babək Prospekti və Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində yerləşir. Bu məsələlərə görə, sözügedən avtomobil “Mercedes-Benz”in rəsmi salonlarından alınmayıb. Avtomobilin üzərində olan emblem “Euro Motorscars” şirkətinə məxsusdur. O da Amerikanın şirkətidir və Amerika bazarına işləyir. Biz isə avtomobilləri Almaniyadan alırıq. O emblemi isə avtomobilin üzərinə qoymuruq".

© Mətbuat.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






