“Mr.Fix” markası inşaat sərgisində yeni məhsulları ilə çıxış etdi
18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi keçirilib.
Kartaş LTD MMC-yə məxsus Mr.Fix tikinti kimyəviləri hər il olduğu kimi bu il də, Bakı İnşaat sərgisində fəal iştirak edib. Stenddə Mr.Fix markası yeni bitum əsaslı su izolyasiya materialları (Bitufix) və dekorativ suvaq məhsulları (Dekotex) ilə sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub.
Yüzlərlə mütəxəssisin ziyarət etdiyi Mr.Fix stendində məhsul qruplarına özəl tətbiq lövhələri təkcə nəzəri deyil, həm də praktik məlumatlar vermişdir. Stend ziyarətçilərini maraqlandıran sualları ekspertlər yerindəcə cavablandırmış və qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə olunmuşdur.
Dörd gün davam edən sərgidə inşaat sektorundan müxtəlif peşə sahibləri M.Fix məhsulları ilə maraqlanaraq qarşılıqlı təcrübə və fikir paylaşımı etmişdir.
Ziyarətçilərlə fəal ünsiyyətinə və sosial mediada sərgi fəaliyyətini uğurla paylaşdığına görə, Mr.Fix stendi ən aktiv iştirakçı nominasiyası üzrə sertifikata layiq görülmüşdür.
21 Oktyabr tarixinədək davam edən sərgidə Mr.Fix tikinti kimyəviləri markası B 1042 saylı stenddə ziyarətçilərini qəbul etdi. Stendi ziyarət edənlər: yeni və mövcud məhsullar haqqında təkcə nəzəri deyil, həm də praktik məlumatlar almış; qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanlarını müzakirə olunmuşdur!
Mr.Fix markası kafel və keramika yapışdırıcıları, dərz dolğuları, hazır suvaq, su, istilik izolyasiya materialları və.s. bu kimi 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir. Texnoloji yenilikləri daima izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət, yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir. ISO 9001 keyfiyyəti idarəetmə sistemi, AZS və Avropa standartlarına uyğun olaraq istehsal edilən məhsullar etibar edilən və ən çox üstünlük verilən məhsullardandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























