Dövlətin Beynəlxalq Banka görə 2018-də xərci 442 milyon manat artır
Dövlət gələn il sosial ipotekaya 250 milyon manata ayırarkən, Beynəlxalq Bankın borclarının bir hisəsinin qaytarılmasına təxminən 442 milyon manat yönəldəcək.
2018-ci ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2 milyard 262,8 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017- ci illə müqayisə 621,0 milyon manat və ya 37,8 faiz çoxdur.
"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Təqdimatda deyilir: Bu artım əsasən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) sağlamlaşdırılma tədbirləri çərçivəsində qəbul edilmiş könüllü restrukturizasiya planına uyğun olaraq dövlətin üzərinə keçmiş xarici kreditorlar qarşısında olan öhdəliklərinə xidmət olunması ilə bağlı xərclərin 2018-ci ilə düşən hissəsi (441,9 milyon manat) ilə əlaqədardır.
Belə ki, 2017-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikası Hökuməti tərəfindən 2 milyard 265,9 milyon ABŞ dolları həcmində emissiya edilmiş xarici valyutada denominasiya olunan dövlət istiqrazları İrlandiyanın fond birjasında qeydiyyata alınmış və ABB-nın kreditorlarına təqdim edilmişdir.
Qeyd edilməlidir ki, ABB-nın kreditorlar qarşısında öhdəliklərinin dövlətə ötürülməsi üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilərək, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 4,0 milyard manat məbləğində artırılmışdır. Göstərilən dövlət istiqrazlarının buraxılması dövlət borcunun nisbətən artması ilə nəticələnsə də hazırda dövlət borcu dayanıqlı səviyyədədir.
Bununla yanaşı, qeyd olunmalıdır ki, dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanmışdır. Strategiyada borcun tədricən azaldılması növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti əsasında dövlət müəssisələrinin xarici kredit qurumlarından borc alınmasının sərt çərçivələri müəyən olunmuş və yalnız ölkənin prioritet hesab edilən layihələrinin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi
(limiti) 700,0 milyon manat (2017-ci ilə nisbətən 300,0 milyon manat və ya 30,0 faiz az), xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard manat (2017-ci ilə nisbətən 3,5 milyard manat və ya 77,8 faiz az), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 4 milayrd manat (2017-ci ilə nisbətən 6 milyard manat və ya 60,0 faiz az) məbləğində proqnozlaşdırılmışdır. Bununla yanaşı, dövlətə məxsus olan hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi isitiqamətində zəruri addımlar atılmışdır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 34 d. əvvəl
-
46 d. əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
59 d. əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
1 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb























