Azərbaycanda satışdadır
Bu günlərdə Mazda-dan iki yenilənmə xəbəri gəldi. Mazda-nın populyar CX-5 və CX-9 modellərinin yeni nəsilləri artıq Azərbaycanda da satışdadır. Hər iki model rəsmi diler salonlarında öz yerini tutub. Həm Mazda CX-5, həm də Mazda CX-9 dəyişiklikləri və innovativ üstünlükləri ilə müştərilərin qarşısına çıxmağa hazırdır.
Yenilənən Mazda CX-5 özündən əvvəlki modelin dinamik xarakterini qoruyub saxlayaraq dizayn və texnologiyalara müasir yanaşma gətirib. Modelin eksteryerində cizgilərin axıcılığı və incəliyi üçölçülü radiator qəfəsinin və yeni faraların güclü görünüşü ilə kontrast təşkil edir. Salonda isə sürücünün işini asanlaşdırmaq üçün yenidən qurulmuş alətlər paneli, vacib informasiyanı nümayiş etdirən proeksiya ekranı, möhkəm metal elementlər və keyfiyyətli örtük materialı, həmçinin, MZD Connect multimedia sistemi və BOSE audiosistemi üstünlüklərdən yalnız bəziləridir. Avtomobilin dinamikasının və təhlükəsizliyinin təminatı isə Mazda-ya məxsus SKYACTIV TECHNOLOGY sistemidir.
Mazda CX-9 modeli müştərilərin qarşısına tamamilə yenilənmiş variantda çıxır. Bu avtomobil özündə yeddi yerli premium SUV-un bütün üstünlüklərini birləşdirir. CX-9-un atletik proporsiyaları hamar cizgilərə malik kuzov, güclü və stabil aşağı korpus və 20 düymlük təkərlərlə vurğulanıb.LED ön və arxa işıqlar isə avtomobilə şıq və premimum görünüş verir. SKYACTIV-G 2,5LTurbo mühərriklə (231 at gücü) təchiz olunan avtomobilin maksimal təhlükəsizliyi i-ACTIVSENSE texnologiyaları dəsti ilə təmin edilir. Mazda CX-9-un əsas üstünlüklərindən biri də oturacaqların qatlanaraq avtomobildə hər ehtiyaca uyğun yük yerinin yaradılması imkanıdır. Həmçinin, avtomobildə BOSE audiosisteminin yeni 12 dinamikli versiyası quraşdırılıb.
Ümumilikdə hər iki avtomobil də Mazda mühəndislərinin hazırladığı ən son texnologiyalarla təmin edilib. Bu yeniliklərlə tanış olmaq və tələblərinizə cavab verən modeli seçmək üçün Mazda-nın ölkəmizdəki rəsmi dileri Mazda Avtomobil Mərkəzinə müraciət etmək kifayətdir.
Ətraflı məlumat üçün www.mazda.az saytına daxil ola, yaxud (012) 349 01 00 nömrəsinə zəng edə bilərsiniz.



Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)









.jpg)







