“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) faiz artımı gözləntilərinin güclənməsi, Avrozonada siyasi və iqtisadi risklərin artması, avronun qiymətini də təzyiq altında saxlayır.
Belə ki, EUR/USD məzənnəsi keçən həftə ərzində 1.1879$-a kimi bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. Təhlillər onu göstərir ki, qiymət 1.18$-ın altında qalarsa, 1.1750 və 1.1670$-a kimi də ucuzlaşa bilər.
GBP
İngiltərə ilə Avropa Birliyi arasında “BREKSİT” danışıqlarının uğursuzluğu, İngiltərədə hökümətə olan təzyiqləri artırmaqla yanaşı, ölkə valyutasına olan inamın da zəifləməsinə təsir edir. GBP/USD məzənnəsi gələcək günlərdə, 1.3264 və 1.3218$-a kimi ucuzlaşarsa, burada da eniş dalğası 1.3145$-a kimi sürətlənə bilər.
Bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiyası ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.
TRY
Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi keçən həftə 3.62TL-ə kimi ucuzlaşdıqdan sonra yenidən 3.65TL-ə kimi bahalaşmağa başlayıb və qiymət bu səviyyənin üzərində qalarsa, 3.68TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti isə proqnozlaşdırıldığı kimi keçən həftə 57.15$-ı yuxarı istiqamətdə qırmaqla artım dalğasını 57.77$-a kimi sürətləndirib. Burada da təhlillər onu göstərir ki, qiymət 58.00 və 59.37$-a kimi də bahalaşa bilər.
GOLD
Dünyada siyasi risklərin artması, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də bahalaşmasına təsir edib. Artıq 1304$-a (41.2 $/qram) kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti, gələcək günlər ərzində 1297$-ın üzərində ticarət edilməyə davam edərsə, 1320$-a (42.3 $/qram) kimi də bahalaşacağı proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı















.jpg)



.jpg)
