6 min manatlıq bal “dibçəyi” - BAKIDA YARMARKADA
Gövdəsi adi ağacdan, yarpaqları və ləçəkləri isə təbii balla zəngin şanıdan, qiyməti də nə az-nə çox, düz 6 min manat... Belə bir qeyri-adi “güldan” hazırda Bakıda keçirilən bal yarmarkasında sərgilənir.
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası artıq ənənə halını alıb. Bu mənada hər ilin oktyabr-noyabr aylarını “Bakıda bal ayı” kimi də dəyərləndirmək olar. Oktyabrın 10-dan etibarən paytaxtın Xətai rayonunda, AMAY Ticarət Mərkəzində təşkil edilən bal yarmarkasına getdik.
Yarmarka binanın mərkəzi hissəsində, ikinci mərtəbədə yerləşir. Hələ birinci mərtəbədən arıçıların və satıcıların qarışıq səs-küyünü eşitmək mümkündür. Bazar ola, səs olmaya... Ona görə də səs gələn istiqamətdə irəlilədik və budur, ağ xalatlı, əli dolu arıçıların və satıcıların yanındayıq. Hərə bir qaşıq uzadır: “Dadına bax!” Hesablayan olsa, satışa çıxarılan hər yüz kiloqram balın on kiloqramı yəqin ki, elə ortalıqdaca yeyilir. Əslində, yaxşı haldır...
Qaralırsa, nəmlənirsə, demək yaxşı bal deyil...
Məlumat üçün deyək ki, əvvəlki yarmarkalardan fərqli olaraq, bu dəfə səliqə-sahman gözə dəyirdi. Görünür, ildən-ilə həm arıçılarda, həm də alıcılarda alver mədəniyyəti formalaşır. Deyilənlərə inansaq, yarmarkaya ayaq açan alverçilərin də kökü kəsilmək üzrədir. Bir sözlə, burada rəsmi qeydiyyata alınmış arıçıların istehsal etdikləri və laboratoriyadan keçirdikləri bal satılır. Bir kiloqramının qiyməti 20-80 manat arasında dəyişir. Növlər isə müxtəlifdir. Həm müalicəvi, həm də kosmetik vasitə kimi istifadə olunan istənilən balı, arı məhsulunu yarmarkadan almaq mümkündür.
Alıcıları buraya gətirən də elə təmiz bal almaq istəyidir. Satıcılar deyirlər ki, saxta balı təmiz baldan ayırmaq elə də çətin deyil. Bunun bir neçə sadə üsulu var: balı bir qaşığın içərisində yandırırsan, qaralırsa, demək yaxşı bal deyil. Yaxud, balı adi kağızın üzərinə tökürsən, kağızın əks tərəfi nəmlənirsə, buna da təmiz bal demək olmaz. Bununla belə, mütəxəssislər bildirirlər ki, balın təmiz və keyfiyyətli olduğunu dəqiq yalnız laboratoriyada bilmək olar.
Arı ailəsi olmayanlar alverçilərdir
Yarmarkada bir az müşahidə apardıqdan sonra bir neçə arıçıya yaxınlaşdıq. Lənkəran şəhərindən olan arıçı Layiq Ələsgərov uşaqlıqdan arıçılıqla məşğul olduğunu dedi:
“Hər il belə sərgilərdə və yarmarkalarda iştirak edirəm. İldən-ilə təcrübəmiz artır. Sərginin təşkil olunması məzmun və formaca getdikcə yaxşılaşır. Saxtakarların az bir qismi qalıb, ümid edirik ki, onlar da tezliklə sıradan çıxarılacaq. Alverçilər əsasən kimlərdir: bal səriştəsi olub, balı olmayanlar. Onlar səriştəsiz arıçılardan balı ucuz alıb baha qiymətə satırlar. Sözsüz ki, əsl arıçı məhsulunu, əziyyətini dəyərləndirir və balını ucuz satmır”.
Astara rayonunun Miki kəndindən olan Rəhimağa Hüseynov 35 ildir bu işlə məşğuldur. Valideynləri və babası da əzəldən arıçılıqla məşğul olub: “Bakıda arıçılıq məhsulları ilə bağlı yarmarka təşkil olunandan bəri hər il burada iştirak etmişəm. Sərgiyə 500 kiloqram bal gətirmişəm. 80 arı ailəm var. Yarmarkada bizim üçün çox yaxşı şərait yaradılıb. Məhsulumuzu rahat şəkildə sata bilirik. Hər il gəldiyimizə görə artıq daimi müştərilərimiz var”.
Şəki rayonunu təmsil edən 57 yaşlı Çingiz Əlipaşayev bu yarmarkanın təşkilinin həm arıçılar, həm də vətəndaşlar üçün faydalı olduğunu dedi:
“Belə bir yarmarkanın təşkil edilməsi hər iki tərəf üçün gözəl şərait deməkdir. Alıcı da bilir ki, aldığı bal laboratoriya şəraitindən keçib. Bir növ alıcıların satıcılara etibarı yaranıb. Bir ay az vaxt deyil. Mən bu iki günün nəticələrinə görə belə güman edirəm ki, biz bəlkə də balımızı vaxtından tez satıb rayona qayıtdıq”.
6 min manatlıq bal “dibçəyi”
Yarmarkada Balakəndən olan arıçı İlqar Məmmədovun əl işləri isə xüsusi diqqət çəkir. O, ərsəyə gətirdiyi arı məhsulunu tam fərqli formada, qeyri-adi görünüşdə müştərilərə təqdim edir. Belə ki, özü həm də dülgər olduğundan arının bal verməsi üçün istifadə edilən çərçivələrini xüsusi formada (çiçək və yarpaq) hazırlayaraq yeşiklərə yerləşdirib. Arı bar qoyduqdan sonra arıçı həmin şanıları ağac dayaqlar vasitəsilə gülqabına yerləşdirib. Kənardan baxdıqda bu kompozisiya böyük bir dibçəyi xatırladır.
İ.Məmmədovun 70 arı ailəsi var. Dediyinə görə, ildə 150 kiloqrama yaxın normal şanı, 400 kiloqram da süzmə bal alır:
“14 yaşımdan bu günə kimi arıçılıqla məşğulam. Eyni zamanda musiqiçi və dülgərəm, hər üç sənətimi davam etdirirəm. İndi hər bir sahədə inkişaf, müasirləşmə və yenilik tələb olunur. Ona görə mən də fikirləşib belə bir nümunələr yaratdım. Bunları kilo ilə satmıram, bütöv bir əsəri satıram. Böyük dibçəyin qiyməti 6 min manatdır. Xarici ölkələrdən də bunlara maraq göstərənlər var”.
Arıçı ağac kötükləri, eləcə də qurudulmuş balqabaq qabığının içərisində də bal tutub. Bunların bir kiloqramını 50-80 manata satır.
Fikirlərini öyrəndiyimiz alıcılar bildirdilər ki, yarmarkada bal çeşidi çox olduğundan əsasən tanıdıqları arıçılara müraciət edirlər. Yarmarkaya ilk dəfə gələnlər yerin düzgün seçilmədiyindən şikayətləndilər. Çünki yarmarkanın ətrafında müxtəlif istiqamətverici plakatlar yoxdur, məkan insanların daha az olduğu yerdə qərarlaşıb...
Qeyd edək ki, bu il arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 332 arıçı iştirak edir. Bu, ötənilki yarmarkadan 78 nəfər çoxdur. Ümumilikdə yarmarkada 107,5 ton bal, o cümlədən 5,5 ton pətək balı, 1,2 ton digər arıçılıq məhsulları təqdim olunur. Yarmarka noyabrın 5-dək davam edəcək.


“Azərbaycan”
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
-
19 d. əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
1 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
1 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
1 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN






.jpg)
.jpg)





.jpg)





