"Shell" biganə qalmadı - Avropanın ən böyüyünü satın aldı
2016-ci ildə 233.6 milyard dollar satışı olan dünyanın ən böyük neft və qaz şirkətlərindən "Shell", elektrikli avtomobil bazarının inkişafına biganə qalmadı. Verilən açıqlamaya görə, Avropanın ən böyük elektrik enerjisi doldurma stansiyası şirkəti "New Motion"u satın alıb.
Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri olan İngiltərə - Hollandiya şirkəti "Shell", elektrikli avtomobil bazarının sürətlə inkişaf etməsi və neft sənayesini təhdid etməyə başlamasını nəzərə alaraq Hollandiyanın "New Motion" şirkətini satın almaq üçün razılaşma əldə edib.
"Marja" xəbər verir ki, 22 ölkədə 50 mindən çox elektrik enerjisi yığma məntəqəsi olan "New Motion", Avropanın ən böyük elektrik enerjisi yığma stansiyası təchizatçısı mövqeyindədir.
2009-ci ildə yaradılan və bu ana qədər ümumilikdə 14 milyon avro həcmində fond toplayan "New Motion" təşəbbüsü, hazırda gündə 23 min dəfə doldurma xidməti göstərir. Şirkətin məlumatlarına görə, bu ana qədər 60 milyon litr neft istismarının və 120 min ton CO2 emissiyanın qarşısı alınıb.
100 mindən çox yükləmə kartı olan "New Motion", satınalmaya baxmayaraq öz adı ilə fəaliyyət göstərəcək və "Shell" adını almayacaq.
"Shell" isə satınalmada məqsədinin malik olduğu 45 min yanacaqdoldurma stansiyasının elektrik doldurmaya inteqrasiya etmək olduğunu bildirib. Satınalmanın maliyyə dəyərinə dair isə hər hansı bir açıqlama edilməyib.
2016-ci ildə 233.6 milyard dollar satış edən nəhəng şirkətin bu həmləsinin, indiyə qədər neft sənayesinin elektrikli avtomobil bazarına yönəlmiş ən böyük təşəbbüsü olduğu bildirilir. Digər nəhəng şirkətlərin də bu addımı izləyəcəyi güman edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)






