Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır

AzVak-mobil_resmin_ustu_31
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində  fəaliyyətə başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətini genişləndirərək yeni təşəbbüsə imza atıb. Müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin “ASAN xidmət” mərkəzlərində təşkilinə başlanılır.

Marja xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi yaradılıb.

06 iyul 2026-cı il tarixindən etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı “ASAN xidmət” mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul ediləcək.

İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) “Şəxsi kabinet” və “Elektron xidmətlər” bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər.

Eyni zamanda, www.isb.az portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür.

İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

01.07.2026 10:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19