Unibank komandası ekstremal yarışın qaliblərindən oldu
Unibank komandası ölkəmizdə ilk dəfə keçirilən maneəli ekstremal “Mübarizlər” yarışında ən yaxşı nəticə göstərən 5 komandadan biri olub.
Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin, AR Milli Olimpiya Komitəsinin birgə layihəsi olan yarışmada iştirak edən 50-dən artıq şirkət komandası içərisində, Unibank komandası korporativ sektor təmsilçiləri üzrə birinci yeri tutub.
Komandanın təlimçisi Hakim İbrahimov 40-dan çox maneəni, 7 km məsafəni fəth etməklə, finişə çatmaq uğrunda mübarizə aparılan yarışda əldə olunan yüksək nəticəni güclü komanda ruhunda görür:
“Burda həm psixoloji, həm də fiziki güc tələb edən manelər var idi. Unibank komandası yarışlara var gücü ilə hazırlaşırdı. Nəzərə alsaq ki, ilk dörd yeri tutan komandalar hamısı peşəkar idmançılardır, onda həvəskarlardan ibarət Unibank komandasının 5-ci yerə çıxmasının böyük uğur olduğunu görmək olar. Əgər idmançılardan ibarət komandalar olmasaydı, əminəm ki, Unibank komandası 1-ci yeri tutardı. Unibank komandasının qələbəsinin əsas sirri bütün yarış boyu vahid komanda ruhunda çalışmaları idi. Komanda üzvləri ən çətin maneələrdə bir-birinə kömək edirdi və bütün iştirakçı bank komandaları arasında ən yaxşı nəticəni göstərdi”.
Komanda üzvlərindən biri, Unibank-ın filial müdiri Teymur Fərəcov ekstrim, adrenalin dolu yarışın yüksək səviyyədə təşkil olunduğunu və komandalar arasında güclü mübarizə getdiyini deyir: “Unibank komandasının qaliblər cərgəsində olmasının bir neçə səbəbi var. Əvvəla, biz hazırlıq məşqlərində bütün komandamızla birlikdə aktiv iştirak edirdik. Həftədə 3 dəfə işdən çıxıb həmin məşqlərə qatılırdıq. “Mübarizlər” komanda yarışmasıdır və burada fiziki hazırlıqdan əlavə, komandada işləmək bacarığı olmalıdır. Komanda üzvləri nə qədər fiziki hazırlıqlı olsalar da, komanda işi yoxdursa, yaxşı nəticə olmaz. Biz isə Unibank komandasında artıq uzun illərdir çalışırıq və Unibank bizi bir komanda kimi formalaşdırıb. Məncə, əsas səbəblərdən biri də məhz yarış boyu bir- birimizə həm fiziki, həm mənəvi dəstək olmağımız idi”.
Yarış içtirakçısı, Unibank-ın departament rəhbəri Əli Əliyev də hesab edir ki, bu yarış fiziki və psixoloji gücün sınağı deyil, əsl komanda ruhunun göstərilməsi idi: “ Startdan finişə qədər biz komanda şəklində hərəkət edirdik. Bütün məsafəni bir-birimizə kömək edərək keçirdik. Yarışda vahid komanda şəklində iştrakımız, bir-birimizə kömək etməyimiz uğrumuz oldu”.
Komandanın daha bir üzvü Tofiq Kişiyev də yarışda yadda qalan məqamların çox olduğu fikrindədir: “Yarış zamanı bizdən öndə olan iki komandanı su və palçıqlı maneədən birlik və ruh yüksəkliyi hesabına kecməyimiz ən yadda qalan məqamlardan idi. Komandamızın yüksək nəticə göstərməsinin əsas səbəbləri birlik, iradə, ruh yüksəkliyi və məşqcimizin hər bir tapşırığını maksimum icra etməyimiz oldu”.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
























