AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
(®) Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə “Building with AI: From İdea to Working Product” adlı birgünlük innovasiya hakatonu keçiriləcək.
23 may 2026-cı il tarixində baş tutacaq tədbir iştirakçılara süni intellekt texnologiyalarından istifadə etməklə ideyalarını qısa müddət ərzində real işlək məhsul və prototiplərə çevirmək imkanı yaradacaq. “Building with AI: From Idea to Working Product” iştirakçılar üçün, şəbəkələşmək, yeni əməkdaşlıqlar qurmaq və AI əsaslı inkişafın gələcəyini praktiki şəkildə təcrübədən keçirmək üçün unikal platformadır.
Tədbirə proqram təminatı tərtibatçıları, süni intellekt mühəndisləri, startap komandaları, məhsulyönümlü komandalar, dizaynerlər və texnologiyaya maraq göstərənlər qoşula biləcək. Komandalar ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, API-lər və digər müasir AI platformalarından istifadə edərək innovativ həllər hazırlayacaqlar.
Hakatonda iştirak etmək istəyən şəxslər və komandalar qeydiyyat üçün linkə daxil ola bilər: Building with AI: From İdea to Working Product
Yalnız müsabiqə şərtlərinə uyğun olan iştirakçılarla mobil nömrə və ya imeyl vasitəsilə əlaqə saxlanılacaq.
Hakaton çərçivəsində iştirakçılar bir gün ərzində ideyadan işlək prototipə qədər olan məhsul inkişaf prosesini həyata keçirəcək, günün sonunda isə hazırladıqları həlləri münsiflər heyətinə təqdim edəcəklər. Tədbir yaradıcılıq, sürətli problem həlli, komanda işi və AI vasitəsilə daha çevik məhsul quruculuğu prinsiplərinə fokuslanacaq.
Tədbirin ümumi mükafat fondu 5 000 AZN təşkil edir:
I yer — 2 500 AZN
II yer — 1 500 AZN
III yer — 1 000 AZN
AccessBank müasir texnologiyaların tətbiqini və innovativ təşəbbüsləri daim dəstəkləyərək rəqəmsal transformasiya və texnoloji ekosistemin inkişafına töhfə verir. Bank innovasiya yönümlü layihələrə dəstək göstərməklə gənc mütəxəssislərin, startapların və texnologiya icmasının inkişafını təşviq etməyi prioritet istiqamətlərdən biri hesab edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)






