Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
28 fevral 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 132.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 617.4 milyon manat, balans kapitalı 7 milyard 515.4 milyon manat olmuşdur. Fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artmışdır.
Xatırladaq ki, 31 yanvar 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 935.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 528.7 milyon manat, balans kapitalı 7 milyard 407.1 milyon manat olmuşdur.
2026-cı ilin Yanvar ayının sonu ilə müqayisədə 2026-cı ilin Fevral ayında bankların cəmi kredit portfeli 0.5% və ya 138.8 milyon manat artaraq 30 milyard 118.9 milyon manat olmuşdur. Qeyd edək ki, bankların cəmi kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin yanvar ayında 82,9 milyon manat və ya 0,3% azalmışdı.
2026-cı ilin Fevral ayının sonuna kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.3% (16 milyard 058 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 467.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 593.4 milyon manat).
31 yanvar 2026-cı il tarixinə bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil etmişdi.
2026-cı ilin Yanvar ayının sonuna kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15 milyard 948.9 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 425.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 605.3 milyon manat).
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2025-ci ilin dekabr ayında bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manata çatmışdı.
31 dekabr 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
-
-
21 d. əvvəl
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
-
1 saat əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Ən çox oxunanlar
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı

















