Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 690 min 311 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Marja.az DÖvlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3 faiz artıb.
Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur.
2026-cı ilin fevral ayında 1163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır.
Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib.
2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv kommersiya qurumlarının sayı 7,4 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)





