Ötən il Aqrar Kredit və İnkişaf Agentliyi 112 milyon manatdan çox güzəştli kredit və lizinq vəsaiti ayırıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ötən il müvəkkil kredit təşkilatları vasitəsilə aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərdən daxil olmuş 5 444 müraciət üzrə 112,4 milyon manat məbləğində güzəştli kredit və lizinq vəsaiti ayırıb.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.
Məlumata görə, hesabat ilində agentlik əkin sahələrinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vasaiti hesabına ümumilikdə 285,3 milyon manat, o cümlədən 349,7 min fermerə 1 116,3 min hektar əsas əkinlərə görə 277,4 milyon manat, 12,2 min fermerə 55,6 min hektar təkrar əkinlərə görə 6,6 milyon manat, habelə 2023-2024-cü əkin ili üçün 102 fermerə 820,15 hektar əsas əkinlərə görə 1,3 milyon manat əkin subsidiyası ödəyib.
Eyni zamanda 14,8 min fermerə 70,2 milyon manat məbləğində məhsul (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan, qarğıdalı üzrə) və 140 toxum ting istehsalçısına istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə görə 5,6 milyon manat subsidiya ödənilib.
İl ərzində 7 565 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının suvarma sistemləri dəsti və avadanlıqlarının (o cümlədən 63 kombayn, 1 813 traktor və 5689 ədəd digər texnikalar) alışının maliyyələşdirilməsi məqsədilə 5 105 müraciət üzrə 94 milyon manat güzəşt vəsaiti ayrılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
-
31 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq






.jpg)




.jpg)



.jpg)









