Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədri ilə görüşdə şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının bu gün ən yüksək zirvədə olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq da yüksələn xətlə inkişaf edir.  Biznes dairələrinin sıx birgə fəaliyyəti qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə, ölkələrimiz arasında ticarətin və investisiya qoyuluşunun artmasına töhfə verir.

"Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizin əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərin işgüzar potensialı, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.  

Görüş zamanı ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Eczacıbaşı Holding” Türkiyənin səhiyyə, tikinti  materialları, istehlak malları, təbii resurslar, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. 1942-ci ildə təsis edilmiş qrupa 50-dən çox şirkət daxildir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.

İş elanları AzVak.az-da

09.02.2026 21:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18