Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazir Kazım Hüseynəliyev: 146 layihə icra olunub, 47 lisenziya verilib

2025-ci ildə muxtar respublikada sahibkarlıq sahəsində həyata keçirilən layihələr  nəticəsində 97-i dövlət maliyyə dəstəyi, 49-u özəl investisiya hesabına olmaqla 146 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilib, hazırda isə 113 layihə üzrə işlər davam etdirilir.

Reklam_3_11

Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir diqqətə çatdırıb ki, 2025-ci ildə Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 47 lisenziya verilib. Lisenziyaların 42,6 faizi əczaçılıq, 12,8 faizi baytarlıq, 10,6 faizi yükdaşıma, 8,5 faizi rabitə, 4,2 faizi tikinti , 21,3 faizi isə digər fəaliyyət növlərinə aiddir.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 9752 icazə reyestrdə qeydiyyata alınıb, icazələrdən büdcəyə 231,6 min manat vəsait daxil olub. O qeyd edib ki, 2024-cü illə müqayisədə icazələrin sayı 81,5 faiz, icazələrdən daxilolmalar isə 49,2 faiz artıb.

Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dollarına çatıb, ixrac 28,4 faiz artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3,7 faiz artaraq 130,1 milyon ABŞ dollarına çatıb.

Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə muxtar respublikada istehsal edilən məhsullar Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Rusiya, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya, Qırğızıstan, Tacikistan və digər ölkələrə olmaqla, ümumilikdə 13,6 milyon ABŞ dolları dəyərində ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 28,4 faiz artım deməkdir. Naxçıvandan ixrac olunan mallara 468 mənşə sertifikatı verilib ki, bu da 2024-cü illə müqayisədə 30 faiz çoxdur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixrac imkanları genişləndirilib, ixrac coğrafiyası 2024-cü ildə 13 ölkədən 2025-ci ildə 15 ölkəyədək artıb. İxracın təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2025-ci il ərzində ölkə daxilində və xaricdə keçirilən 18 beynəlxalq tədbirdə 146 sahibkar iştirak edib, 20 şirkətin məhsulları 7 beynəlxalq sərgidə nümayiş olunub.

Naxçıvanda investisiya mühiti yaxşılaşdırılıb

2025-ci ildə sahibkarlıq subyektlərinə 3 İnvestisiya Təşviqi Sənədi və 5 Təsdiqedici Sənəd təqdim edilib.

Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Qeyd edilib ki, ümumilikdə, investisiya təşviqi mexanizmləri çərçivəsində reallaşdırılacaq layihələr hesabına yerli istehsalın genişləndirilməsi məqsədilə 13 milyon manatdan artıq vəsaitin cəlb edilməsi və 130 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Naxçıvanda İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 14,4 faiz artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 261 milyon 895 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14,4 faiz çoxdur.

Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

 Onun sözlərinə görə, ötən il İqtisadiyyat Nazirliyinin xətti ilə büdcə daxilolmaları ümumi daxilolmaların 90,1 faizini təşkil edib.

Naxçıvan iqtisadiyyatı 2025 Kazım Hüseynəliyev açıqlaması Naxçıvan sahibkarlıq layihələri 146 layihə icra olunub dövlət maliyyə dəstəyi layihələri özəl investisiya layihələri Naxçıvanda istehsal və xidmət sahələri sahibkarlıq lisenziyaları 2025 47 lisenziya verilib əczaçılıq lisenziyaları baytarlıq fəaliyyəti yükdaşıma lisenziyası rabitə və tikinti fəaliyyəti icazə sənədləri Naxçıvan büdcə daxilolmaları icazələrdən xarici ticarət dövriyyəsi Naxçıvan Naxçıvan ixracı 2025 ixrac 28 4 faiz artım ixrac coğrafiyasının genişlənməsi mənşə sertifikatları beynəlxalq sərgilər və tədbirlər investisiya mühiti Naxçıvan investisiya təşviqi sənədləri yeni iş yerlərinin yaradılması yerli istehsalın genişləndirilməsi büdcə gəlirləri artımı İqtisadiyyat Nazirliyi daxilolmaları Naxçıvan Muxtar Respublikası iqtisadi göstəriciləri
29.01.2026 10:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18