Dollar/Manatda ilin sonuna kimi dəyişiklik olacaq?
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
Xəbər verdiyimiz kimi, dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib. Qurum bu dəfə uçot dərəcəsində hər hansı bir dəyişiklik etməyib. İqtisadçılar uçot dərəcəsi əvvəlki kimi saxlanasa da, dolların bu ilin sonuna qədər dünyada bahalaşmasının gözlənildiyini qeyd edib.
KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ
Dünənki iclasın nəticələrini şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu ilin sonuna kimi dünya bazarında dolların bahalaşması manatın məzənnəsinə hər hansı bir təsir göstərməyəcək:
“Bu, FED-in il sonuna kimi keçirdiyi axırıncı iclas deyil. Hardasa hələ 2 iclas olacaq. Ehtimal olunur ki, ilin sonuna kimi bir dəfə uçot dərəcəsi qaldırılacaq. Təbii ki, bu, bir gözləntidir. Uçot dərəcəsinin qaldırılması isə avtomatik olaraq dünyada dolların bahalaşmasına gətirib çıxarır. Dolların bahalaşması isə neftin ucuzlaşmasına təsir edir.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
Azərbaycanda bu gün üzən məzənnəyə keçid elan olunsa da, faktiki olaraq manatın məzənnəsini banklar müəyyənləşdirmir. Mərkəzi Bank öz haqlarından istifadə etməklə manatın məzənnəsini tənzimləyir. Bu o deməkdir ki, dünya bazarında ilin sonuna kimi FED-in uçot dərəcəsini qaldırıb-qaldırmamasının manata hər hansı bir təsiri olmayacaq.
Ayrılmış vəsait nəticəsində Mərkəzi Bank bir il ərzində manatın məzənnəsini istədiyi kimi idarə edə bilir. Düşünürəm ki, il sonuna kimi də hər hansı bir dəyişiklik olmayacaq. Ola bilər ki, noyabr-dekabr aylarında dolların müəyyən qədər bahalaşması halı müşahidə olunsun. Yəqin ki, Mərkəzi Bank buna da icazə verməyəcək. İl sonuna kimi qeyri-sabitlik, məzənnə dəyişikliyi gözləmirəm.
Amma 2018-ci il tamam başqa bir situasiyadır. 2017-ci ildə olduğu kimi Neft Fondundan Mərkəzi Banka pul ayrılacaqmı, yoxsa yox? Sırf bu sualın cavabından asılı olaraq nəsə demək olar”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























