970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb

Kənar şəxs AZAL-ın təyyarəsinə daxil olmağa cəhd göstərib, təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətlərini təyyarənin ekipajı dayandırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 5-də Praqa beynəlxalq hava limanında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən təyyarəsi ilə bağlı insidentin qarşısını aviaşirkətin ekipajı alıb.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, Praqa–Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin qarşısı vaxtında alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətlərini təyyarənin ekipajı dayandırıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.

Xatırladaq ki, yanvarın 5-də Praqa aeroportunda Praqa-Bakı reysinin gözləmə zalından bir şəxs yoxlamadan keçməyərək qanunsuz olaraq trapa daxil olub və təyyarə istiqamətində gedib. O, digər sərnişinlərdən qabaq təyyarəyə daxil olmaq istəyirmiş. Həmin şəxsin saxlanıldığı qeyd edilmişdi.

İş elanları AzVak.az-da

© "Report"

06.01.2026 12:56

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18