Ramin Quluzadə: Nəqliyyatda özəl sektorun inkişafı xüsusi önəm kəsb edir
 
 Bu gün (20 sentyabr) Bakıda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə Caspian European Club və Caspian American Club tərəfindən təşkil olunmuş Caspian Energy Transport Forum xüsusi sessiyasında nəqliyyat sektoru ilə bağlı əsas məsələlər və problemlər müzakirə olunub.
Biznes forumunda çıxış edən Ramin Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib.
Dövlət və sahibkarlar arasında effektiv dialoq üçün yaradılan imkana görə Klub rəhbərliyinə minnətdarlığını bildirən Ramin Quluzadə qeyd edib ki, nazirlik həmişə sahibkarlarla və onları təmsil edən ictimai təşkilatlarla müzakirələr üçün açıqdır. Nazirin sözlərinə görə, belə müzakirələr sahibkarlığın inkişafı və onların qarşısında duran problemlərin həlli, eləcə də nəqliyyat orqanları və biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından çox faydalıdır.
Ramin Quluzadənin fikrincə, hazırda Azərbaycanın nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək regionda əsas nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı imkanlar mövcuddur.
“Bildiyiniz kimi, Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir çox layihələrin təşəbbüskarı və iştirakçısıdır. Nümunə olaraq, Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimi Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Ticarət Limanının və logistik mərkəzin inşasını qeyd etmək olar. Bundan başqa yeni hava limanlarının istismara verilməsi, avtomobil və dəmir yolları infrastrukturunun yenilənməsini, müasir tipli bərə və tankerlərin alınmasını və digərlərini sadalamaq olar.
Bu layihələr “İpək Yolu”nun canlanmasını, regionda daha effektiv nəqliyyat bağlantılarının yaradılmasını təmin edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların asanlaşmasına və əlavə yük axınlarının cəlb olunmasına şərait yaradacaqdır”, - deyə nazir bildirib.
Ramin Quluzadə onu da qeyd edib ki, hazırda nəqliyyatda sahibkarlıq fəaliyyətinin və özəl sektorun inkişaf etdirilməsi, müasir dövrün tələbinə uyğun kadr hazırlığı kimi məsələlər də xüsusi önəm kəsb edir.
Nəqliyyat sektorunda layihələrin hazırlanması və icrası zamanı ekoloji tələblərin qorunması, bütövlükdə nəqliyyat fəaliyyətinin ətraf mühitə təsiri məsələləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
“Hesab edirəm ki, nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi və bütün müasir tələblərə cavab verən yeni nəqliyyat sisteminin yaradılması prioritet fəaliyyət istiqamətləri olmalıdır”, - deyə Ramin Quluzadə vurğulayıb.
Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi qeyd olunub, o cümlədən Caspian European Club və Caspian American Club-un üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin biznesmenlərin və Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin problemlərinin həllindəki fəal iştiraka və operativ reaksiyaya görə başda nazir Ramin Quluzadə olmaqla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib.
Telman Əliyev xatırladıb ki, Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyev qeyd edib ki, Caspian American Club yaratmaq təşəbbüsü də Azərbaycanın dövlət başçısına məxsusdur.
“Caspian European Club Azərbaycanda keçirilən iqtisadi islahatlarda, xarici investisiyaların cəlb edilməsində və kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev deyib.
“Əlamətdar haldır ki, biz nəqliyyat forumunu “Əsrin müqaviləsi”nin imzalanmasının növbəti ildönümünün təsadüf etdiyi tarixdə - sentyabrın 20-də keçiririk. Forum neft sektorundan qeyri-neft, ələlxüsus da nəqliyyat və İKT sektoruna keçidlə assosiasiya olunur”, - deyə o əlavə edib.
O həmçinin bildirib ki, ilin sonunadək Caspian European Club iqtisadiyyatın digər sahələrində də bir sıra analoji tədbirlər təşkil edəcək.
“2017-ci il dekabrın 8-də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dənizi, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən artıq iştirakçının qatılacağı “Caspian American Forum Baku – 2017” keçiriləcək”, - deyə Telman Əliyev söyləyib.
O həmçinin diqqətə çatdırıb ki, sentyabr ayından etibarən Caspian Energy Georgia Gürcüstanda Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un maraqlarını təmsil edir.
“Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində 2018-ci ilin martında Gürcüstan və Azərbaycan Respublikası hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılışında Gürcüstanın Baş-naziri Georgiya Kvirikaşvilinin iştirakı planlaşdırılır”, - deyə Telman Əliyev çıxışına yekun vurub.
Caspian Energy Transport Forum-un işində Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Aİ-nin 200-ə yaxın biznesmeni, həmçinin beynəlxalq şirkət nümayəndələri və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilat rəhbərləri iştirak ediblər.
Günün ikinci yarısında altıncı CEO Lunch Baku keçirilib. Telman Əliyev qeyd edib ki, Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə Bakıda hər ayın üçüncü çərşənbə günü CEO Lunch təşkil edir. Telman Əliyev növbəti CEO Lunch-ın Caspian Energy Tourism Forum çərçivəsində 2017-ci il oktyabrın 18-də Bakıda keçiriləcəyini bəyan edib. O həmçinin xatırladıb ki, Tbilisidə cari ilin 29 sentyabr tarixində baş tutacaq ilk CEO Lunch mütəmadi qaydada hər ayın sonuncu cümə günü keçiriləcək.
Forum çərçivəsində qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılmasına dair onları maraqlandıran suallara, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərə toxunulub.
Caspian European Club və Caspian American Club-a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     13 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 
                     14 saat əvvəl
                    Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib 
- 
                     14 saat əvvəl
                    Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq 
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 
                     14 saat əvvəl
                    Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq 
- 
                     14 saat əvvəl
                    Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                    Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
 
                                Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
 
                                “Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
 
                                İcra başçısı vəzifədən azad olundu
 
                                

 
                         
                    




 
                                
 
                             
                             
                            .jpg)




 
                                     
                                     
                                     
                                    





