Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
"1 aprel tarixindən etibarən qadağanın tətbiqi bazarda mövcud olan anbar qalıqları və artıq ödənişi edilmiş, hazırda yolda olan məhsullar üçün yetərli zaman deyil. Keçid dövrünün 6–8 ay (ən azı sentyabr ayınadək) uzadılması məqsədəuyğun olar"Son günlər Milli Məclisdə elektron siqaretlərin qadağan olunması ilə bağlı aparılan müzakirələr cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Azərbaycana elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlərin (Mana Group MMC, Elux Group MMC, Pro Vape MMC, STM Smok MMC, My Vape MMC, İnar Group MMC, Camel Trading MMC, Z1 MMC və Estm Smok MMC) sahibkarları bildirirlər ki, dövlətin əsas məqsədi olan ictimai sağlamlığın qorunmasını anlayışla qarşılayır və dəstəkləyirlər. Bununla belə, müzakirə olunan qısa müddətli və kəskin qadağa mexanizmi ciddi iqtisadi və sosial risklər yarada bilər.
Sahibkarlarla aparılan müzakirələr göstərir ki, 1 aprel tarixindən etibarən qadağanın tətbiqi bazarda mövcud olan anbar qalıqları və artıq ödənişi edilmiş, hazırda yolda olan məhsullar üçün yetərli zaman deyil. Sahibkarların böyük əksəriyyəti bildirir ki, mövcud stokların qanuni şəkildə realizasiyası üçün ən azı sentyabr ayına qədər keçid müddətinə ehtiyac var.
Hazırkı halda:
• Küllü miqdarda məhsul artıq aksiz, gömrük və vergi ödənişləri edilərək idxal olunub və ya yoldadır;
• kəskin qadağa 90%-ə yaxın sahibkarın fəaliyyətini dayandırması riskini yaradır;
• təxminən 2 000 nəfər işsiz qalma təhlükəsi ilə üz-üzədir;
• banklar və dövlət strukturları kredit gecikmələri, məhkəmə çəkişmələri və sosial gərginliklə qarşılaşa bilər.
Sahibkarlar hesab edirlər ki, keçid dövrünün 6–8 ay (ən azı sentyabr ayınadək) uzadılması:
• mövcud stokların qanuni şəkildə tükədilməsinə,
• bizneslərin digər sahələrə adaptasiyasına,
• iş yerlərinin qorunmasına,
• dövlətin fiskal və sosial maraqlarının balanslı şəkildə təmin olunmasına imkan verər.
Beynəlxalq təcrübə göstərir ki, tam qadağa deyil, sərt və ağıllı tənzimləmə daha effektiv nəticə verir. Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-da bu sahə:
• lisenziyalaşdırma,
• yaş məhdudiyyətləri,
• məhsul standartları,
• ciddi cərimələr və nəzarət mexanizmləri ilə tənzimlənir.
Nəticə olaraq
Azərbaycanda da məqsədəuyğun yol — ictimai sağlamlığı qoruyaraq, eyni zamanda minlərlə insanın dolanışığını riskə atmayan balanslı qərarın verilməsidir. Keçid dövrü ilə müşayiət olunan sərt nəzarət modeli həm dövlət, həm biznes, həm də cəmiyyət üçün daha sağlam nəticələr vəd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
6 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul




















.jpg)
