PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ikinci tədbiri baş tutub
Bir müddət öncə, “PAŞA Holding” tərəfindən “Business Talks by PASHA Holding” adlı yeni təşəbbüs təqdim olunub. Bu təşəbbüs müasir biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların müzakirə olunduğu oflayn və onlayn tədbirlər silsiləsidir. Təşəbbüsün əsas məqsədi dövlət və özəl sektorları arasında peşəkar dialoqu təşviq etmək və beləcə iqtisadi inkişafa təkan verməkdir.
9 dekabr, 2025-ci il tarixində “Business Talks” çərçivəsində ikinci tədbir baş tutub. Tədbir “PAŞA Holding”in təşkilatçılığı, Deloitte Azərbaycan şirkətinin tərəfdaş dəstəyi ilə həyata keçirilib və “Kapital Bazarları və İPO” mövzularına həsr olunub.
Tədbir iki əsas sessiyadan ibarət olub. Belə ki, tədbirin ilk hissəsində “Kapital bazarları mövzusuna dövlət baxışı” üzrə müzakirələr aparılıb. Tədbirin ikinci hissəsində isə əsas mövzu üzrə korporativ sektorun fikir və gözləntiləri dinlənilib.
İlk sessiyada çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov kapital bazarlarının inkişafının Azərbaycanda da ən vacib strateji prioritetlərdən biri olduğunu vurğulayıb.
“Təcrübə göstərir ki, bir çoxlarını düşündürən əsas sual bu inkişafa necə nail olmaqdır. Mərkəzi Bank bu suala “2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf Strategiyası”nda cavab verib. Belə ki, biz, infrastruktur, yeni alətlər, qanunvericilik, xarici investorların cəlbi və nəzarət çərçivəsi kimi 5 istiqamətlə bağlı tədbirlər planı hazırlayaraq onun icrası ilə məşğuluq”, - deyə Mərkəzi Bankın sədri bildirib.
“Kapital bazarları hər bir ölkədə iqtisadiyyatın dərinliyini və dayanıqlığını göstərən əsas indikatorlardan biridir. Kapital bazarlarımızın dərinləşməsi, likvidliyin artması və investor bazasının genişlənməsi üçün bizdə çox böyük potensial mövcuddur”, -deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
“Business Talks” təşəbbüsünün ümumi əhəmiyyətinə gəlincə isə, Cəlal Qasımov təşəbbüsü belə şərh edib: “Qlobal iqtisadiyyatın transformasiya etdiyi bu dönəmdə biznes icması olaraq bizim bir-birimizə daha çox qulaq asmağa, daha çox əməkdaşlığa və daha çox birlikdə düşünməyə ehtiyacımız var. Bu platforma həm biznes icmasına aktual mövzual üzrə müzakirələr aparmağa imkan verir, həm də bizneslər və dövlət sektoru arasında bir növ fikir mübadiləsini təşviq edir.”
“Azərbaycan iqtisadiyyatında gedən transformasiya prosesləri kapital bazarlarının inkişafını daha zəruri edir və aktuallaşdırır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dərin, likvid və etibarlı kapital bazarları dayanıqlı iqtisadi artımın mühüm sütunlarından biridir. Bu baxımdan bu tədbirdə aparılmış müzakirələr həm praktik, həm də strateji önəm daşıyır” – “Deloitte” şirkətinin idarəedici partnyoru Nuran Kərimov qeyd edib.
“Business Talks by PASHA Holding” platformasının növbəti tədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktual mövzuların müzakirəsi planlaşdırılır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















