Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni strategiya öz bəhrəsini verir: AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi

Kredit portfeli isə 50% artaraq 283 milyon manat təşkil edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni strategiya öz bəhrəsini verir: AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AFB Bank son dövrlərdə maliyyə göstəricilərində əhəmiyyətli yüksəliş əldə edərək inkişaf tempini davam etdirir. Bankın aktivləri 1 dekabr tarixinə 400 milyon manatı ötüb, kredit portfeli isə 50% artaraq 283 milyon manat təşkil edib. Bu müsbət dinamika AFB Bank-ın səmərəli idarəetmə modeli, risklərin sağlam şəkildə idarə olunması və müştəri yönümlü strategiyasının uğurlu tətbiqinin nəticəsidir".

Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.

Qeyd edilib ki, yeni strategiya çərçivəsində Bank biznes subyektlərinə xidmət spektrini genişləndirərək onların fəaliyyətini asanlaşdıran bir sıra yenilikləri istifadəyə verib. Sürətli Tender Qarantiyası xidməti sahibkarlara girovsuz şəkildə, cəmi 1 iş günü ərzində tenderdə iştirak üçün tələb olunan təminatı əldə etmək imkanı yaradır. Bununla yanaşı, tam yenilənmiş İnternet Bankçılığı platforması korporativ müştərilərə gündəlik əməliyyatları daha sürətli, funksional və təhlükəsiz şəkildə həyata keçirmək imkanı verir. Bu həllər biznes proseslərinin rəqəmsallaşdırılmasını və operativ qərarverməni daha da gücləndirir.

Strategiyanın tərkib hissəsi olaraq fərdi müştərilərin ehtiyacları da xüsusi diqqətə alınıb. Onlayn Kredit müştərilərə sadə müraciət prosesi, sürətli sənədləşdirmə və əlverişli ödəniş şərtləri təklif edir. Məhsulun daha çevik mexanizmlə təqdim olunması gündəlik maliyyə ehtiyaclarına uyğun həllərin əlçatanlığını artırıb və kredit portfelinin artımına müsbət təsir göstərib.

Bankın maliyyə sabitliyinə və dayanıqlılığına olan etibarın əsas göstəricilərindən biri də AFB Bank tərəfindən ilk dəfə buraxılan İstiqrazlara investor tələbatının yüksək olmasıdır. Buraxılışın qısa müddətdə tam yerləşdirilməsi bazarda bankın etibarlılığına olan inamı bir daha təsdiq edib. İnkişafda olan AFB Bank-ın istiqrazları təklif edilən gəlirlilik də nəzərə alınmaqla investorlar üçün cəlbedici investisiya alətinə çevrilmişdir.

Beynəlxalq səviyyədə də Bankın maliyyə sabitliyi təsdiq olunub. Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Bu qiymətləndirmə Bankın güclü kapitallaşması, adekvat likvidlik ehtiyatları və stabil maliyyə performansı ilə əsaslandırılıb.

AFB Bank-ın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib:

“Bankın əldə etdiyi nəticələr təkcə satışa deyil, eyni zamanda innovasiyaya, risklərin idarə edilməsinə və ən əsası insan kapitalına qoyulan ardıcıl investisiyaların bəhrəsidir. Transformasiya Strategiyasının tərkib hissəsi olan bu yanaşma Bankı daha dayanıqlı, daha çevik və daha cəlbedici maliyyə institutu kimi möhkəmləndirir və AFB Bank bundan sonra da dayanıqlı inkişafı, innovativ həllərin tətbiqini və yüksək xidmət keyfiyyətini prioritet istiqamətlər kimi davam etdirəcək.

Qeyd edək ki, AFB Bank hazırda ölkə üzrə 11 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.

İş elanları AzVak.az-da

AFBBank AFBBankaktivləri 400milyonmanat kreditportfeli 50%artım maliyəinkişafı riskidarəetməsi müştəriyönümlüstrategiya SürətliTenderQarantiyası girovsuztəminat 1işgünü İnternetBankçılığı korporativmüştərilər raqəmsalbankçılıq operativqərarvermə OnlaynKredit sürətlisənədləşdirmə əlverişlişərtlər kreditportfeliartımı AFBBankistiqrazları investortələbatı FitchRatings Breytinqi Stabilproqnoz kapitallaşma likvidlik AmidQənbərov TransformasiyaStrategiyası innovasiyalar insankapitali dayanıqlıinkişaf yüksəxidmətkeyfiyyəti 11xidmətnöqtəsi rəqəmsalxidmətlər biznesüçünimkanlar
09.12.2025 10:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Minimum 300 manat olacaq
Minimum 300 manat olacaq
09.12.2025 11:42
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18