Satılan dollar alınandan çoxdur - "Valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib"
2025-ci ilin ötən dövründə valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu da qiymət sabitliyinə zəruri dəstək verib: "Tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləyib".
AMB sədrinin sözlərinə görə, bu proseslərlə yanaşı, 2022-ci ildən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyillərini gücləndirib:
"Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayının nəticələrinə əsasən 28,5 %-ə düşüb. Bu da tarixi minimumdur. Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu, milli iqtisadiyyatımızın və milli valyutamız üçün əsas nailiyyətlərdən biridir".
© "Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















