Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb.Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər.
Logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə heyəti ilə dəyirmi masa formatında görüşü baş tutub.
Qonaqları səmimi qəlbdən salamlayan VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan AİB ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb.
A.Talıbov həmçinin VŞQ-nin fəaliyyət göstərdiyi 31 il ərzində əldə etdiyi uğurlardan, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və gələcək perspektivlərdən qonaqlara qısa məlumat verib. O, rəhbərlik etdiyi şirkətin yerli fermerlərlə sıx əməkdaşlıq etdiyini və onların inkişafına xüsusi önəm verdiyini qeyd edib. A.Talıbov bildirib ki, “Veysəloğlu” insan kapitalının inkişafına da xüsusi diqqət ayırır və hər il 3 minə yaxın yeni iş yeri açmağa müvəffəq olur.
Daha sonra VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev Şirkətlər Qrupunun nailiyyətləri, real göstəriciləri və gələcək planları ilə bağlı ətraflı təqdimatı qonaqların diqqətinə çatdırıb.
AİB prezidenti Masato Kanda səmimi qəbula görə təşəkkürünü bildirib və şirkətlə bağlı təqdimatdan razı qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir: “Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır”.
AİB rəhbəri əlavə edib ki, onlar Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.
Logistik Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə qonaqlar üçün infotur təşkil edilib. Məhəmmədi Logistika Mərkəzin rəhbəri Anar Adilzadə AİB nümayəndə heyətinə geniş təqdimat verdikdən sonra tədbirdə iştirak edən yerli fermerlər Masato Kandaya VŞQ və ona daxil olan bizneslərlə səmərəli əməkdaşlıqdan məmnun olduqlarını ayrıca ifadə ediblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib və VŞQ-nin təsisçisi, baş icraçı direktoru Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.
Xatırladaq ki, Masato Kanda Azərbaycana etdiyi səfərlə bağlı yekun videohesabatında ölkəmizdə keçirdiyi mühüm görüşlərlə yanaşı, VŞQ ilə baş tutan təmasa da vurğu edib və bununla bağlı fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşıb.
Qeyd edək ki, 2024-cü ildə Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” supermarketlər şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
15 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
16 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
16 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 17 saat əvvəl
-
18 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)












