Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
(®) Göygöl Şərab Zavodu AZPROMO ilə birlikdə 5–10 noyabr 2025-ci il tarixlərində Şanxay şəhərində keçirilən 8-ci Beynəlxalq İdxal Sərgisində (CIIE) uğurla iştirak edib.
Dünyanın ən böyük ticarət platformalarından biri olan bu sərgi Azərbaycan məhsullarının beynəlxalq miqyasda təqdimatı və ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Göygöl Şərab Zavodu sərgidə Azərbaycana aid pavilyonda ölkəmizin ən qədim şərabçılıq ənənələrini, 165 illik tarixi irsə malik olan istehsalat mədəniyyətini və geniş məhsul çeşidlərini ziyarətçilərə təqdim edib. Qonaqlara zavodun premium şərabları, brendi məhsulları və digər spirtli içkiləri haqqında məlumat verilib, eyni zamanda dequstasiyalar təşkil olunub.
Tədbirdə iştirakın əsas məqsədi – Azərbaycanın zəngin şərabçılıq mədəniyyətinin Çin ictimaiyyətinə tanıdılması, ölkəmizin qədim enoloji irsinin beynəlxalq arenada daha geniş təqdimatı və ixracın artırılmasıdır.
Qeyd edək ki, spirtli içkilər sektorunda milli brendin tanıdılması və satış kanallarının artırılması məqsədilə beynəlxalq əməkdaşlıqları genişləndirmək Göygöl Şərab Zavodunun əsas hədəflərdəndir. Şirkət beynəlxalq sərgilərdə yerli istehsal gücü və keyfiyyət standartlarını nümayiş etdirərək ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.
160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun təqdim etdiyi “Xan 1860”, “Göygöl”, “Karabakh” markaları və digər araq, şərab, konyak və şampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























