970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AS İnşaat” şirkəti Ağalı kəndinin 2-ci mərhələsi çərçivəsində 103 evin tikintisini həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AS İnşaat” şirkəti Ağalı kəndinin 2-ci mərhələsi çərçivəsində 103 evin tikintisini həyata keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin açılış mərasimi keçirilib. Tədbirdə kənd sakinlərinə mənzillərin açarları təqdim olunub.Qürur hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının növbəti mərhələsi çərçivəsində Ağalı kəndində aparılan yenidənqurma işləri “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən uğurla həyata keçirilib.

Marja xəbər verir ki, bu,  “AS İnşaat” MMC-nin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, layihənin icrasına 2024-cü ilin may ayında başlanılıb. Ağalı kəndinin II mərhələsi çərçivəsində ümumilikdə 103 evin tikintisi aparılıb. Onlardan 55-i 12 sot torpaq sahəsində inşa edilən ikiotaqlı fərdi yaşayış evləridir, hər birinin ümumi yaşayış sahəsi 72,71 m² təşkil edir. Digər 48 mənzil isə iki blokdan ibarət olan üç ədəd “townhouse” tipli yaşayış binasında yerləşir. Bu binalarda ümumilikdə 36 birotaqlı və 12 ikiotaqlı mənzil inşa olunub.

Kənddə bütün evlər müasir kommunikasiya xətləri ilə təmin olunub. Yaşayış və qeyri-yaşayış binalarının hamısına qaz çəkilib, evlərdə müasir kombi isitmə sistemləri quraşdırılıb.

Yaşayış zonası ilə yanaşı, kənddə ümumi sahəsi 2,2 hektar olan park salınıb. Park Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Park ərazisi 5 funksional zonaya bölünüb və burada uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilərək yaşıllıq zolaqları formalaşdırılıb.

Ağalı kəndinin II mərhələsində həyata keçirilən bu layihə “Ağıllı kənd” konsepsiyasına uyğun şəkildə reallaşdırılıb və sakinlərin yüksək yaşam standartları ilə təmin edilməsini hədəfləyib.

Xatırladaq ki, Ağalı kəndinin inşasının birinci mərhələsi də “Ağıllı kənd” konsepsiyasına əsasən “AS İnşaat” MMC tərəfindən həyata keçirilib və 2022-ci ildə uğurla başa çatdırılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

AS İnşaat AS Group Ağalı kəndi Zəngilan Böyük Qayıdış proqramı İlham Əliyev Mehriban Əliyeva Ağalı kəndinin ikinci mərhələsi Ağıllı kənd konsepsiyası kəndin açılışı yaşayış evləri townhouse tipli binalar fərdi yaşayış evləri tikinti layihəsi infrastruktur müasir kommunikasiya xətləri qaz təminatı kombi sistemi park layihəsi istirahət zonası idman zonası yaşıllaşdırma memarlıq inşaat sektoru yenidənqurma işləri kənd təsərrüfatı zonası yaşayış standartları sosial infrastruktur Zəngilan rayonu şəhərsalma tikinti şirkəti dövlət layihələri Prezidentin təşəbbüsü
05.11.2025 17:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18