Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
Azərbaycan Kuboku bundan sonra “Bizon Azərbaycan Kuboku” adı altında keçiriləcəkAzərbaycan futbolunda yeni bir mərhələ başlayır. Peşəkar Futbol Liqası və “Avrora Qrup”un “Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalanıb.
"Avrora" şirkətindən Marja-ya verilən məlumata görə, müqaviləyə əsasən, ölkəmizin ən nüfuzlu futbol turnirlərindən biri olan Azərbaycan Kuboku bundan sonra “Bizon Azərbaycan Kuboku” adı altında keçiriləcək. Qeyd edək ki, son illər dövlət dəstəyi ilə daha da böyüyən, bütün Azərbaycanı əhatə edərək 34 komanda arasında keçirilən turnir ölkə futbolunun daha da inkişafını hədəfləyir.
Bildirilib ki, bu müqavilə ilə Azərbaycan Kubokunun ad hüququ Bizon brendinə məxsus olacaq. Bu əməkdaşlıq BİZON markasının idmanın inkişafına, xüsusi ilə futbolun populyarlaşmasına verdiyi dəstəyin göstəricisidir.
Həmçinin Avrora Qrup ölkə idmanına çox böyük tövhələr verməkdədir. Belə ki, uşaq futbolunun inkişafı üçün “Europan Futbol Academy”, futzal üzrə futbolun inkişafı üçün “Araz-Naxçıvan” futbol klubuna, peşəkar futbolun inkişafı üçün “Zirə” futbol klubuna, voleybolun inkişafı üçün Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubuna sponsorluqlarla öz dəstəyini verməkdədir.
Yeni mövsümdə keçiriləcək Bizon Azərbaycan Kuboku azarkeşlərə daha maraqlı və həyəcanlı qarşılaşmalar vəd edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 d. əvvəl
-
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















