Şahdağda yeni layihə: 20 hektarda kotteclər və yaşayış kompleksləri inşa olunacaq
Sky Breeze Shahdag: Sea Breeze brendinin tarixində yeni mərhələ"Agalarov Development" şirkəti Şahdağ dağlarında yeni layihəyə - "Sky Breeze Shahdag"a start verildiyini elan edib.
Marja.az xəbər verir ki, bu, "Sea Breeze" ekosistemində ilk qış məkanı olmaqla, Xəzər sahilindəki əfsanəvi kurort şəhərinin inkişafında mühüm mərhələ sayılır.
Layihə Azərbaycanın ən mənzərəli dağ-xizək bölgələrindən birinin mərkəzində, 20 hektar ərazidə yerləşəcək. Burada kotteclər və yaşayış kompleksləri inşa olunacaq. "Sky Breeze Shahdag" şəhər həyatının rahatlığını, müasir kurort estetikası ilə dağ istirahətinin təbiətə yaxın atmosferini birləşdirəcək.
"Sea Breeze" şəhər-kurortunun yaradıcısı Emin Ağalarov bildirib:
"“Sea Breeze" layihəsi o qədər uğurlu oldu ki, biz onu yeni istiqamətlərdə inkişaf etdirmək qərarına gəldik. Beləcə, yeni brend — "Sky Breeze" ortaya çıxdı. Su ilə bağlı hər şey "Sea Breeze"dir, dağlarda olan isə "Sky Breeze". Bu, "Sea Breeze"in kiçik, qış versiyası olacaq və bu möhtəşəm dağ-xizək kurortunun qonaqlarına unikal təcrübə və rahat həyat məkanı təqdim edəcək.”
"Sky Breeze Shahdag" ilham axtaranlar, aktiv istirahəti sevənlər və möhtəşəm qarlı zirvələr arasında mütləq rahatlıq hissini dəyərləndirənlər üçün yeni istiqamət olacaq.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















